Əmisi oğlunu öldürən kişinin ifadəsi əməlindən daha tükürpədicidir
Türkiyənin Adana şəhərində dəhşətli ailə faciəsi baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Yüreğir rayonunun Ulubatlıhasan məhəlləsində yaşayan 38 yaşlı Hüseyn Balkan, əmisi oğlu R.B. (35) tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Hadisə 13 oktyabr saat 20:30 radələrində baş verib. İlkin məlumatlara görə, iki əmioğlu telefonla danışarkən bir-birinə söyüb və aralarında mübahisə yaranıb. Daha sonra küçədə qarşılaşan tərəflər arasında söz mübahisəsi davaya çevrilib.
Məlumata əsasən, R.B. və yanında olan dostu U.U. (28), Hüseyn Balkana odun parçası ilə hücum ediblər. Mübahisə zamanı Balkan belindən aldığı bıçaq zərbəsi ilə yerə yıxılıb. Hadisədən sonra R.B. və U.U. hadisə yerindən qaçaraq izlərini itiriblər.
Ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Hüseyn Balkan, həkimlərin səylərinə baxmayaraq həyatını xilas edə bilməyib.
Hadisədən sonra Adana Asayiş Şöbəsinin Cinayət Axtarış Bölməsi şübhəlilərin axtarışına başlayıb. Ərazidəki təhlükəsizlik kamerası görüntülərini araşdıran polis, onların Sarıçam rayonunun Gültepe məhəlləsindəki bir mənzildə gizləndiyini müəyyən edib. Keçirilən əməliyyat zamanı hər iki şəxs saxlanılıb.
İstintaq zamanı R.B. ifadəsində deyib:
"Əmioğlum işsiz gəzirdi. Ona ‘niyə işləmirsən’ dedim, aramızda mübahisə düşdü. Mən yalnız odunla vurdum, amma bıçaqlamadım."
U.U. isə hadisə ilə əlaqəsini inkar edərək bildirib:
"Mən də bıçaq istifadə etmədim, hadisə ilə heç bir əlaqəm yoxdur."
Polis bölməsindəki istintaq əməliyyatlarından sonra hər iki şübhəli məhkəməyə çıxarılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 872 Tarix: 15 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAtatürk prospektində obyekt yanır - Video
Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırd
16 noyabrBakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu
Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. -ın məlumatına görə, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağl
10 noyabrMilli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir. xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birg
22 noyabrXƏBƏRDARLIQ! Bu tarixdə intensiv yağış yağacaq, QARA KEÇƏCƏK... - PROQNOZ
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mülayi
21 noyabrTƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14 noyabrBakıda hava kəskin dəyişir: "Əsrin qışı" gəlir - 47 ildir beləsi görünməmişdi
Bakıda havanın temperaturu enib, külək güclənib, yağışlı hava şəraiti müşahidə olunur. Ölkənin bir sıra bölgələrində də yağıntılar davam edir. Bu dəyişikliklər 2026-2027-ci illərin qışına dair proqnozların yenidən gündəmə gəlməsi ilə eyni vaxta təsadüf edir. Şimal qütbü üzərindəki qütb burulğanında rekor
22 noyabrÜç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14 noyabrPaytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarət alıb
14 noyabrYataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite
15 noyabr