Ramiz Mehdiyevin bəzi əmlakları əlindən alınır

Ramiz Mehdiyevin bəzi əmlakları əlindən alınırEv dustaqlığına məhkum edilən Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər.

Sonxeber.az haqqin.az-a istinadən xəbər verir ki, açıq mənbələrə görə, Mehdiyevə aşağıdakı əmlaklar aid edilir:

Novxanıda yerləşən üzüm bağları, Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpaqları, o cümlədən Novxanıda 155 hektar və Xınalıq kəndində 50 hektar sahə.

Bundan başqa, Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot, qızı Kamilə Əliyevanın adına isə 240 sot torpaq qeydiyyatdadır.

Ailənin nəvəsi Nigar Mehdiyeva 2008-ci ildə Bakıda qeydiyyatdan keçmiş "Media FM" radiostansiyasının sahibi olan "Digital Media" MMC-də paya sahibdir.

Kamilə Əliyevaya İstiqlaliyyət küçəsi, 11 ünvanında yerləşən mənzil məxsusdur: həmin ünvan "İnfonet" MMC və "Caspian Telekom" MMC-nin hüquqi ünvanıdır. Bundan əlavə, Mehdiyevə Dilarə Əliyeva küçəsi, 251A ünvanında bir sıra obyektlər, o cümlədən "Topaz" və "Qala-R.L" Mənzil Tikinti Kooperativləri (MTK), NLT MMC və "Premium Store" MMC aid edilir.

Siyahıda həmçinin NLT, "Servis", "Grand Palace", "Astoriya", "Astoriya Tibb Mərkəzi" MMC (2020-ci ildən - "German Hospital") və 2014-cü ildə açılmış, sahəsi 5 min kvadratmetrdən çox olan "Qrandezza Ticarət Mərkəzi" MMC qeyd olunur.

Həmçinin, 50 milyon manat nizamnamə kapitalı olan "BTB ASC" bankının 75%-i Mehdiyevin nəvəsinə məxsusdur. O, eləcə də "BTB Lizinq" ASC və "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin təsisçisidir.

Bundan başqa, Ramiz Mehdiyev Əhmədli qəsəbəsində yerləşən Şərq-Qərb nəşriyyatı ilə əlaqələndirilir. Həmin ərazidə agentliyin binasında 408 mənzilli 16 mərtəbəli yaşayış binası və yaxınlıqda daha bir 16 mərtəbəli bina inşa olunub. Əlaqəli şirkətlər arasında "Şərq-Qərb Nəşriyyat Evi" MMC və "Qlobal East West" MMC göstərilir.

Ailəyə, həmçinin, "Sədərək" və "Binə" ticarət mərkəzlərində paylar, eləcə də bir neçə villa aid edilir: Bakıda Tbilisi prospektində (36 sot, satış qiyməti 8 milyon dollar), həmçinin Göyçay, Şamaxı və Göygöl rayonlarında yerləşən bağ evləri.

Qeyd edək ki, Ramiz Mehdiyevin ittiham olunduğu maddələr təqsirləndirilən şəxsin əmlaklarının müsadirə olunmasını da nəzərdə tutur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3227   Tarix: 15 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dəniz nəqliyyatı Bakıda tıxac problemini həll edə bilər? - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığı gündəlik həyatın ən ciddi problemlərindən biri olaraq qalır. Xüsusilə səhər və axşam saatlarında avtomobil yollarında yaranan tıxaclar insanların mənzil başına çatmaq üçün daha çox vaxt itirməsinə səbəb olur. Alternativ nəqliyyat vasitələrinin inkişafı bu problemin həlli istiqamətind

23 noyabr
.

Kriminal xəbərlərdə saxlanılan şəxslərin üzü niyə gizlədilir? - AÇIQLAMA

Kriminal xəbərlərdə saxlanılan və ya cinayət törətməkdə şübhəli bilinən şəxslərin görüntülərinin yayımlanması mediada tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda şəxslərin üzləri gizlədilir, digərlərində isə görüntüləri açıq şəkildə təqdim olunur. Halbuki məhkəmənin qanuni qüvvəyə minmiş hökm

24 noyabr
.

TikTok yeniyetmələrin təhlükəsizliyi və süni intellektdən məsuliyyətli istifadə üçün yeni alətlər təqdim edib

Qısa videoların yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok yeni təhlükəsizlik alətlərini təqdim edib. Əsas yeniliklər arasında "Ailə parametrləri" funksiyasının imkanlarının genişləndirilməsi, müəllimlər üçün xüsusi bələdçinin hazırlanması, eləcə də süni intellekt (AI) tərəfində

24 noyabr
.

"Anarın həmin ad günündə iştirakından xəbərdar idik" - Ailədən açıqlama

Ötən gün Lökbatandakı qəzada həlak olan sərnişin, ARB TV-nin keçmiş aparıcısı Ada Süleyman və sürücü Anar Kərimovun şəxsi həyatları barədə sosial şəbəkələrdə dezinformasiyalar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Anar Kərimovun həyat yoldaşının qardaşı Toğrul İsmayıl -a açıqlam

24 noyabr
.

Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama

Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr

23 noyabr
.

Bakının iki böyük rayonunda su olmayacaq

Paytaxtın bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı məlumat yayıb. Bildirilib ki, magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı 25.11.2026-cı il tarixində gün ərzində Səbail və Yasama

23 noyabr
.

"İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb

"İnformasiya Təhlükəsizliyi" adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb. İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, vəsaitin həmmüəlliflərindən biri olmaq onun elmi-pedaqoj

24 noyabr
.

Evlərin divarlarında çatlar yaranırsa, təhlükə yaxın ola bilər - NƏ ETMƏLİ?

Son dövrlər intensiv yağıntılar və torpaq hərəkətləri sürüşmə təhlükəsi olan ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə ərazilərdə evlərin bünövrəsində və divarlarında çatların yaranması, qapı-pəncərələrin çətin açılıb-bağlanması, yamaclarda torpaq çökməsi v

24 noyabr
.

Kofe alarkən bu məqamlara diqqət edin - Keyfiyyətli məhsulu necə seçək? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kofe alarkən yalnız qiymətə və qablaşdırmanın görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun keyfiyyəti, tərkibi, istehsal və son istifadə tarixi, qovrulma dərəcəsi, saxlanma şəraiti və istehsalçı barədə məlumatlar da nəzərə alınmalıdır. Xüsusilə bazarda müxtəlif növ üyüdülmüş, dənəvər və hazır kofeləri

23 noyabr