Keçmiş həyat yoldaşının yenidən evləndiyini eşidən kişi onu bıçaqlayıb

Keçmiş həyat yoldaşının yenidən evləndiyini eşidən kişi onu bıçaqlayıbBursanın İnegöl rayonunda 62 yaşlı Kadir B. iki il əvvəl boşandığı keçmiş həyat yoldaşı Tayyibe T.-ni bıçaqlayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Orhaniye məhəlləsində baş verib. Kadir.B iki il əvvəl boşandığı arvadının evinə barışmaq üçün gedib. 60 yaşlı Tayyibe T. qapını açdığı anda keçmiş həyat yoldaşı zorla evə daxil olub. Danışıq zamanı qadının yenidən ailə qurduğunu eşidən Kadir B., onu əvvəlcə döyüb, daha sonra yerə yıxaraq boğazından sıxmağa başlayıb. O, əlindəki bıçaqla qadını dəfələrlə yaralayıb.

Çarəsiz qalan qadın, Kadir B.-nin əlini dişləyərək özünü xilas etməyə müvəffəq olub və qışqıraraq evdən çölə qaçıb. Qadının səsini eşidən qonşular dərhal köməyə gəlib və təcili tibbi yardım çağırıblar.

Yaralı Tayyibe T. təcili olaraq İnegöl Dövlət Xəstəxanasına aparılaraq müalicəyə qəbul edilib. Hadisə yerinə gələn polis qrupları Kadir B.-ni saxlayaraq nəzarətə götürüblər.

Şübhəli şəxs ifadəsi alındıqdan sonra məhkəməyə çıxarılıb və həbs olunaraq həbsxanaya göndərilib.

Hadisə ilə bağlı araşdırma davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1213   Tarix: 06 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarət alıb

14 noyabr
.

Abort zamanı vəfat edən Yeganə həkim səhlənkarlığının qurbanı olub? - Video

Şəmkirdə abort zamanı həyatını itirən qadının yaxınları danışıblar. "Xəzər" TV-yə istinadən xəbər verir ki, mərhumun yaxınları 35 yaşlı Yeganə Əhmədovaya tibbi yardımın vaxtında göstərilmədiyini iddia edirlər. Onların sözlərinə görə, Şəmkir şəhər sakini hamiləliyini sonlandırmaq məqsədilə rayo

21 noyabr
.

XƏBƏRDARLIQ! Bu tarixdə intensiv yağış yağacaq, QARA KEÇƏCƏK... - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mülayi

21 noyabr
.

Azərbaycana yağış, qar və güclü külək gəlir - 29 bölgəyə XƏBƏRDARLIQ!

Azərbaycanda həftəsonunun son günü hava şəraiti dəyişəcək. Noyabrın 22-də Bakıda yağış, bəzi rayonlarda güclü külək, dağlıq ərazilərdə isə qar gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar gününə olan hava proqnozunu açıqlayıb. Bakıda və Abşeron yarımadasında gün ərzində hava əsasən yağmursuz keçəcək

21 noyabr
.

Dubay əmirindən boşanan Zeynəb 6 aydır övladlarını görə bilmir

Dubay əmiri ilə boşanan Zeynəb Cavadlı övladlarına qovuşmaq üçün BƏƏ-nin BMT-yə namizəd rəsmisinə müraciət edib. Axşam.az xəbər verir ki, Zeynəb Cavadlı iyunun 2-də Dubay polisi və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının evinə basqın etməsindən sonra üç qızını görmədiyini bildirib. O, hadisədə

8 noyabr
.

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. -ın məlumatına görə, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağl

10 noyabr
.

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qaldı - Foto/Video

Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb. -ın məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. İtlər qızın ayaq nahiyəsini dişləyərək ona xəsarət yetiriblər. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Məktəbli qıza həkimlər tərəfindən tibbi yardım göstərilib

21 noyabr
.

Məzun olmağa hazırlaşırdılar, arzuları yarımçıq qaldı: İki məktəblinin faciəli taleyi - Video

Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki məktəblinin və müəllimin həyatına son qoyub. xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində müəllim Seymur İsmayılov, eləcə də onun şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadə həyatlarını itiriblər

15 noyabr
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

7 noyabr