Fəzail Ağamalının oğlu partiyadan çıxarıldı - Açıqlama
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı partiyadan çıxarılıb.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Ana Vətən" Partiyasının İdarə Heyətinin iclasında qərar qəbul olunub.
"İclasda Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və Partiyanın Nizamnaməsi tələblərinin pozuntuları ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bundan irəli gələn məsələlər müzakirə olundu.
Müzakirələrdə ilk olaraq, "Ana Vətən" Partiyasının növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla Partiya üzvünün müvafiq vəzifələrini (Partiya orqanlarının qanuni qərarlarını yerinə yetirmək; Partiyanın adına, məqsəd və vəzifələrinə xələl gətirən hərəkətlərə yol verməmək) müəyyən edən "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 22.2.3-cü, 22.2.6-cı maddələrinin və Partiya Nizamnaməsinin 5.5.3-cü, 5.5.6-cı bəndlərinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxıldı.
Partiya Nizamnaməsinin Partiyadan xaric olunmaq üçün əsaslardan biri olan 5.8.1-ci bəndi (Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) rəhbər tutularaq İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı "Ana Vətən" Partiyasından xaric edildi", - Partiyanın məlumatında qeyd olunub.
Həmçinin qeyd olunur ki, "Ana Vətən" Partiyasının Ali Məclisinin sədri Rəşadət Yaqublunun Partiya üzvlüyündən çıxmaq ilə bağlı Partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq, Partiyadakı üzvlüyünə xitam verilib.
***
Elçin Ağamalı "Qafqazinfo"ya açıqlamasında deyib ki, onlar qurultayın nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ediblər. Nazirliyin qərarından sonra bu məsələlərə münasibət bildirəcəklər:
"Sabahkı bayram öncəsi belə bir məlumatı oxumaq üzücüdür. Amma Ədliyyə Nazirliyi verəcəyi rəy bizim üçün əsasdır. Həmin rəyin nəticəsindən asılı olaraq da sonrakı fəaliyyətimizi müəyyən edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1170 Tarix: 07 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səhiyyə Nazirliyindən Səyyad Arana - Cavab
Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında millət vəkili Səyyad Aran səhiyyə naziri ilə bağlı tənqidi fikirlər səsləndirib. "Qafqazinfo" xəbər verir ki, Səhiyyə Nazirliyindən deputatın bu fikirlərinə cavab verilib. "Səhiyyə Nazirliyind
21 sentyabrAZAL 8 ayda Mərkəzi Asiya ölkələri üzrə 400 minə yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" (AZAL) QSC bu ilin yanvar-avqust aylarında Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan üzrə 400 00-ə yaxın sərnişin daşıyıb. bu barədə AZAL-dan bildirilib. Məlumata əsasən, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35 %-lik artım deməkdir. Dörd ölkəni əhat
21 sentyabrSabah 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı, zəif duman olacağı ehtimal
21 sentyabr"Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!"
"Deputatların səlahiyyətləri artırılmalıdır". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Çünki vətəndaşları dinləyəndə bizdən iş istəyirlər. Qurumlar isə bizi eşitmirlər. Bəzən bizə deyirlə
21 sentyabrAzərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət
20 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabr