Şəhid mayorun döyüş yoldaşı: "Qərargahı buraxıb düşmənlə üz-üzə savaşa getdi"

Şəhid mayorun döyüş yoldaşı: "Qərargahı buraxıb düşmənlə üz-üzə savaşa getdi"Şəhid mayor İlkin Rzayev qərargahdakı vəzifəsini dayandırdı, düşmənlə üz-üzə döyüşə atıldı".

Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid mayor İlkin Rzayevin döyüş yoldaşı, ehtiyatda olan zabit Qəzənfər Dünyamalıyev deyib.

O bildirib ki, şəhid mayorla eyni hərbi hissədə xidmət edib və Rzayev döyüş xidmət rəisi olub:

"İlkin Rzayev mənim rəisim olub. Biz eyni hərbi hissədə xidmət etmişik. O, döyüş xidmət rəisi idi. Döyüşdə hər kəsin öz vəzifə borcu var, hər kəs tapşırığına uyğun olaraq hərəkət edir. Bizim mayorumuzun təhkim olunduğu vəzifəsi qərargahdan və idarəetmə məntəqəsindən döyüşü yönləndirmək idi. Amma o, qərargahda oturmadı, döyüş qrupları ilə birlikdə düşmənin üzərinə getdi".

Qəzənfər Dünyamalıyev mayor İlkin Rzayevin Murov yüksəkliyində qəhrəmancasına şəhid olduğunu xatırladıb:

"Murov yüksəkliyində döyüş zamanı snayper gülləsi ilə vuruldu və elə oradaca şəhid oldu. Təəssüf ki, həmin vaxt Murov dağında hava şəraiti çox çətin idi, buna görə də nəşini dərhal çıxarmaq mümkün olmadı. Onun nəşini 76 gün sonra tapıb götürdük".

Şəhid mayor İlkin Rzayevin anası Balaxanım Rzayeva isə Zəfər Günü ərəfəsində həm kədərini, həm də qürurunu ifadə etdi:

"Bu gün bir ana kimi danışmaq mənim üçün həm kədərli, həm də qürurludur. Çətindir, çünki bugünkü Zəfər bayramını, azadlığın şirinliyini kaş mənim də balam görərdi. Qürurluyam, çünki şəhidlərimiz və qazilərimiz bu Zəfəri bizə yaşatdılar. Şükürlər olsun ki, digər övladlarım və nəvələrim azad, bütöv Azərbaycanda yaşayacaqlar. Allahdan diləyim odur ki, bir daha müharibə səsi eşitməyək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 649   Tarix: 08 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güclü külək əsəcək - Xəbərdarlıq

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığ

23 noyabr
.

Sürücü hündürlükdən yıxılıb öldü

Noyabrın 21-i saat 11 radələrində Səbail rayonu ərazisində söküntü sahəsində bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, ərazidəki tullantıları daşımaq üçün gəlmiş yük avtomobilinin 1996-cı il təvəllüdlü sürücüsü, Xocalı rayon sakini Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yıxılıb

23 noyabr
.

Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində aparıcı Ada Süleymanla birlikdə həlak olan sürücünün ailə üzvü olmadığı bilinib. -ın əldə etdiyi məlumata görə, sükan arxasında olan Anar Kərimov Ada Süleymanın yaxın dostu olub. Xəbərə görə, onlar restorandan birlikdə ayrılıblar. Xatırladaq ki, aparıc

23 noyabr
.

Kofe alarkən bu məqamlara diqqət edin - Keyfiyyətli məhsulu necə seçək? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kofe alarkən yalnız qiymətə və qablaşdırmanın görünüşünə diqqət yetirmək kifayət deyil. Məhsulun keyfiyyəti, tərkibi, istehsal və son istifadə tarixi, qovrulma dərəcəsi, saxlanma şəraiti və istehsalçı barədə məlumatlar da nəzərə alınmalıdır. Xüsusilə bazarda müxtəlif növ üyüdülmüş, dənəvər və hazır kofeləri

23 noyabr
.

Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi

Kolleclərə yeni təyinatlar olub. xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, müvafiq əmrlə Jalə Məmmədova Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Kəmalə Əliyeva isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direkto

23 noyabr
.

Erməni əsirliyindən qaçan qazi vəfat etdi

Qarabağ döyüşlərində 2 il 6 ay əsirlikdə olan qazı Faiq Şikar oğlu Məmmədov vəfat edib. -ın məlumatına görə, uzun illərdir Mingəçevir şəhərində məskunlaşmış mərhum bu gün Ağdam rayonunda dəfn olunacaq. Qeyd edək ki, F.Məmmədov 1992-ci ildə əsir düşüb. O, 2 il 6 ay düşmən əsirliyində qaldıqdan sonra orada

23 noyabr
.

Aqşin Fatehin daha bir restoranı bağlandı - Foto/Video

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Bəhram Müşfiq oğluna məxsus "By Fateh Gənclik" restoranında plandankənar nəzarət tədbiri aparılıb. xəbər verir ki, bu barədə AQT

23 noyabr
.

Evlərin divarlarında çatlar yaranırsa, təhlükə yaxın ola bilər - NƏ ETMƏLİ?

Son dövrlər intensiv yağıntılar və torpaq hərəkətləri sürüşmə təhlükəsi olan ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə ərazilərdə evlərin bünövrəsində və divarlarında çatların yaranması, qapı-pəncərələrin çətin açılıb-bağlanması, yamaclarda torpaq çökməsi v

24 noyabr
.

"Azərlotereya"dan iki yeni "Poz-Qazan" oyunu: Böyük uduş imkanları!

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC lotereya həvəskarları üçün bir-birindən maraqlı oyunlarda böyük uduş imkanları təqdim etməyə davam edir. Bu dəfə iki yeni "Poz-Qazan" oyunu - xüsusi buraxılışlı "2027" və "Piramida"

24 noyabr