Azərbaycanda vəzifəli şəxs VİDEOsu ilə şantaj edildi

Azərbaycanda vəzifəli şəxs VİDEOsu ilə şantaj edildiAğdaşda vəzifəli şəxsləri şantaj edən iki nəfər həbs edilib. Zərərçəkmişlər arasında həkimlər və Ədliyyə Nazirliyinin Ağdaş Rayon Qeydiyyat Şöbəsinin rəisi də var.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, həbs edilən şəxslərdən biri özünü "Cinayət və Olay" qəzetinin və saytının təsisçisi və baş redaktoru kimi təqdim edən Təbriz Dəmirovdur. O, dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il müddətinə azadlıqdan məhrum edilib.

Onunla birlikdə həbs edilən digər şəxs isə tanışı Əhməd Əzizov olub. Əhməd Əzizov Latviya vətəndaşıdır və onun barəsində yeddi il müddətinə həbs cəzası təyin edilib.

İttihama görə, Dəmirovla Əzizov ayrı-ayrı vəzifəli şəxsləri rüşvət almaqda ittiham edərək onlardan pul tələb ediblər. Vəzifəli şəxslərin videolarını gizli şəkildə çəkərək şantaj ediblər.

Məlum olub ki, Təbriz Dəmirov arvadından boşanmaq üçün Qeydiyyat Şöbəsinə müraciət edib. Lakin arvadı ölkədə olmadığı üçün boşanma mümkün olmayıb. Təbriz Dəmirov arvadı Rusiyada olduğu halda boşanmanın onsuz rəsmiləşdirilməsini istəyib. Buna görə də şöbənin rəisi Teymur Mustafayevin işçisi Mətanətə rüşvət verib. Daha sonra həmin məlumat və görüntülərlə Teymur Mustafayevi şantaj edərək ondan pul tələb ediblər. Əvvəlcə razılıq əldə etmədiklərinə görə hazırladıqları videonu prokurorluğa göndəriblər, lakin cinayət tərkibi olmadığı üçün işə xitam verilib. Bir müddət sonra Dəmirov və Əzizov rəisi yenidən şantaj ediblər və ondan iki dəfə 1 000 manat pul alıblar.

Şantaj edilənlər arasında Ağdaş Rayon Mərkəzi Xəstəxanasının laborantı da olub. Onlar xəstəxanaya gedərək həkimlərə özləri "şirinlik" təklif ediblər, prosesi lentə alıb, daha sonra onlardan pul tələb ediblər. Laborantdan əvvəlcə 20 min manat istəyib, sonra məbləği beş min manata endiriblər. Sonda həmin şəxsdən iki min manat alıblar.

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevtindən də 1 000 manat aldıqları müəyyən edilib.

Həmin xəstəxanada həkim-oftalmoloq kimi çalışan İradə Əhmədova da qurbanlardan biri olub. Təbriz Dəmirov müalicə üçün müraciət etdiyi xəstəxanada ona pul verərək prosesi lentə alıb, daha sonra videonu yayımlamaqla hədələyərək həkimin ərindən 2 000 manat alıb.

Təbriz Dəmirov ifadəsində bildirib ki, hadisələrdə əsas günahkar Əhməddir. Özünün jurnalist kimi araşdırma apardığını və məlumatları hüquq-mühafizə orqanlarına təqdim etdiyini deyib. O, görüntüləri əldə edən və zərərçəkmiş şəxsləri şantaj edən şəxsin Əhməd olduğunu bildirib. Həmçinin Əhməddən qorxduğu üçün onun dediklərinə razılaşdığını qeyd edib.

Zərərçəkmiş şəxslərin ifadələrindən məlum olub ki, Əhməd Əzizov Ağdaş şəhərində müxtəlif şəxslərin adından dövlət orqanlarına əsassız müraciətlər və şikayətlər göndərən, dövlət qurumlarının rəhbərlərini və əməkdaşlarını şantaj etməyə meyilli şəxs kimi tanınıb. Həmçinin o, daim xarici dövlət nömrə nişanı olan avtomobil idarə edib.

Həkim İradə Əhmədova ifadəsində göstərib ki, istirahətə yola düşən zaman ona sosial şəbəkədə belə mesaj göndərilib: "Rüşvət almağınız barədə fakt Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndəriləcək. Xanım, sizə xeyirli istirahətlər!"

Əhməd Əzizov isə özünü qismən təqsirli bilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslərlə barışıq əldə edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1202   Tarix: 11 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli parkın ərazisində qanunsuz ov edən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi tərəfindən ekoloji cinayət törədənlərə qarşı mübarizə tədbirləri davam etdirilir. xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Qeyd olunub ki, idarənin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının Qızılağac Milli Parkının əməkdaşları ilə birg

22 noyabr
.

17 yaşlı qızı qaçıran iki qardaşa hökm oxundu: Analarına 10 illik cəza

Gədəbəydə 17 yaşlı qızı evlənmək niyyəti ilə qaçıran nişanlısı, onun qardaşı və anası cinayət məsuliyyətinə cəlb ediliblər. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hökm elan edilib. 32 yaşlı Emin qaçırdığı qızla bir müddət əvvəl nişanlanıb. Həmi

14 noyabr
.

Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay

9 noyabr
.

İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub. Zərərçəkən ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Qeyd edək ki, avtomobil "Rent-a-Car"da

22 noyabr
.

Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçib

Ağdaş rayonu, Pirəyir kəndi ərazisində Emil Məmmədzadənin idarə etdiyi "Opel" markalı avtomobil eyni istiqamətdə yolun hərəkət hissəsi ilə gedən velosipedçi 62 yaşlı Vasif Həbilovu vurub. "Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki

7 noyabr
.

39 yaşlı aktyor faciəli şəkildə öldü

Rusiyalı aktyor İvan Skitsan vəfat edib. Axşam.az xəbər verir ki, aktyor 39 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi ilə bağlı "Mash" teleqram kanalı məlumat yayıb. Nəşrin iddiasına görə, anadangəlmə qida borusu daralmasından əziyyət çəkən İvan elə bu səbəbdən 10-dan çox əməliyyat keçirib

8 noyabr
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasının çəkilməmi

14 noyabr
.

Kişi icazəsiz evdən çıxan arvadını telefonla döydü

Kürdəmirdə kişi arvadını döyüb. Hadisə şəhər ərazisində qeydə alınıb. 54 yaşlı Cəfər İmanov (şərti adla) yaşadıqları evdə ondan icazəsiz tikinti materialları satışı mərkəzinə gedən arvadı ilə mübahisə edib. Mübahisə zamanı Cəfər əlindəki mobil telefonla arvadının sifət və sinə nahiyəsinə bir neçə dəf

8 noyabr
.

Şəkidə VAZ-2107 ilə vurulan piyada öldü

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə bu gün saat 11 radələrində şəhər ərazisində qeydə alınıb. Belə ki, Arif Səlimov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 58 yaşlı İlqar Musayevi vurub. İ.Musayev aldığı xəsarətlərdən xəstəxanad

7 noyabr