Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilirBu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Sonxeber.az xatırladır ki, bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan "Azadlıq"da (keçmiş Lenin meydanı - red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi.

Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb.

Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu, Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də elan olundu.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 692   Tarix: 17 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yeni işıqforlar bu qaydada çalışacaq - Foto

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb. -ın məlumatına görə, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarını

24 noyabr
.

Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı - Açıqlama

Bu gün mediada Qarabağ Universitetinin tələbələrinin qız üstündə dalaşdıqları və onlardan birinin ali təhsil müəssisəsindən xaric edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, universitet insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki, Qarabağ Universitetinin tələbələr

23 noyabr
.

Temperatur 5 dərəcə enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 25-i gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycanın rayonlarınd

24 noyabr
.

Nazirlikdə Aparat rəhbəri oldu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb. Əmrə əsasən Elmin İsa oğlu Fərəco

23 noyabr
.

"Barselona" ilə oyuna görə metroda iş saatı uzadılacaq

Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni"

24 noyabr
.

Şeyx Əbdül yenə əməliyyat olunacaq

Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyli növbəti cərrahi əməliyyata hazırlaşır. xəbər verir ki, aktyor bu barədə -a açıqlamasında məlumat verib. Sənətçinin sözlərinə görə, bir neçə gün əvvəl mədə yırtığından əməliyyat olunub. Aktyor hazırda evdə yataq rejimində müalicəsini davam etdirdiyin

24 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qər

23 noyabr
.

TikTok yeniyetmələrin təhlükəsizliyi və süni intellektdən məsuliyyətli istifadə üçün yeni alətlər təqdim edib

Qısa videoların yaradılması və izlənilməsi üzrə aparıcı platforma olan TikTok yeni təhlükəsizlik alətlərini təqdim edib. Əsas yeniliklər arasında "Ailə parametrləri" funksiyasının imkanlarının genişləndirilməsi, müəllimlər üçün xüsusi bələdçinin hazırlanması, eləcə də süni intellekt (AI) tərəfində

24 noyabr
.

Evlərin divarlarında çatlar yaranırsa, təhlükə yaxın ola bilər - NƏ ETMƏLİ?

Son dövrlər intensiv yağıntılar və torpaq hərəkətləri sürüşmə təhlükəsi olan ərazilərdə yaşayan sakinlərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Belə ərazilərdə evlərin bünövrəsində və divarlarında çatların yaranması, qapı-pəncərələrin çətin açılıb-bağlanması, yamaclarda torpaq çökməsi v

24 noyabr