"Müəllimlərin iş yükü və peşə stresi təhsil keyfiyyətinə necə təsir göstərir" - AÇIQLAMA

"Müəllimlərin iş yükü və peşə stresi təhsil keyfiyyətinə necə təsir göstərir" - AÇIQLAMAMüəllimlərin iş yükü və peşə stresi təhsil prosesinin nəticələrini formalaşdıran ən ciddi amillərdən biri kimi özünü göstərir və aparılan təhlil göstərir ki, müəllimin fiziki və psixoloji durumundakı dəyişiklik birbaşa şagird nailiyyətlərinə, məktəbin pedaqoji mühitinə və ümumi təhsil keyfiyyətinə təsir edir.

İş yükünün normadan artıq olması müəllimin dərsə hazırlıq səviyyəsini aşağı saldığı üçün dərsin məzmunu daha çox mexaniki formada qurulur, yaradıcılıq, layihə əsaslı tapşırıqlar, fərdiləşdirilmiş öyrənmə modelləri zəifləyir. Bu, həm də statistika ilə təsdiq olunur: OECD-nin "Education at a Glance" hesabatında iş yükü yüksək olan müəllimlərin işlədiyi məktəblərdə şagird nəticələri orta hesabla 6–8% aşağı olur; PISA nəticələrinin təhlili isə göstərir ki, müəllim tükənmişliyinin yüksək olduğu ölkələrdə şagird motivasiyası və iştirak səviyyəsi ciddi azalır. Bu korrelyasiya Azərbaycanda da özünü göstərir, çünki məktəblərdə son illər artan şagird sayı, paralel siniflərin çoxluğu və bəzi rayonlarda müəllim çatışmazlığı fonunda bir sıra müəllimlərin faktiki iş yükü normadan yuxarı formalaşır.

Bəs görəsən müəllimlərin iş yükü və peşə stresi təhsil keyfiyyətinə necə təsir göstərir?

Bu barədə təhsil eksperti Kamran Əsədov Sonxeber..az -a açıqlama verib:

"Təhlil göstərir ki, Azərbaycan qanunvericiliyi müəllimin normal iş yükünü və onun pedaqoji fəaliyyətinin mahiyyətini kifayət qədər aydın şəkildə müəyyən edir. "Təhsil haqqında Qanun"da müəllimin vəzifələri içində keyfiyyətli təlimin planlaşdırılması, şagirdin inkişafının izlənməsi və fərdi yanaşma kimi müddəalar xüsusi vurğulanır. Bu öhdəliklərin hər biri əlavə hazırlıq vaxtı tələb etdiyindən iş yükünün düzgün tənzimlənməsi hüquqi çərçivədə də tələb olunan bir məsələdir. "Ümumi təhsil haqqında Qanun"da isə məktəb rəhbərlərinin müəllimlərin fəaliyyətini səmərəli təşkili, onların iş şəraitinin yaxşılaşdırılması və peşəkar inkişafının dəstəklənməsi kimi müddəaların olması göstərir ki, qanunverici orqan pedaqoji fəaliyyətdə psixoloji və fiziki davamlılığı əsas prioritetlərdən biri kimi qəbul edir. Bu baxımdan Elm və Təhsil Nazirliyinin son illərdə müəllim yükünün optimallaşdırılması, tam ştatlı müəllim modelinin tətbiq edilməsi və əlavə bürokratik işlərin azaldılması istiqamətində atdığı addımlar qanunvericiliyin tələblərinə uyğun, həm də müasir idarəetmə yanaşmalarına əsaslanmış qərarlardır və bu, təqdir olunmalıdır.

Dünya təcrübəsi göstərir ki, Finlandiya, Sinqapur, Estoniya kimi yüksək nəticəli təhsil sistemlərində müəllimin dərs yükü az olsa da, hazırlıq, metodik inkişaf və geribildirim mərhələsinə daha çox vaxt ayrılır. Bu ölkələrdə müəllimlərin bir dərs saatına orta hesabla 60–90 dəqiqə hazırlıq müddəti düşür və bu, PISA nəticələrində əks olunur. Müqayisə aparıldıqda görünür ki, müəllimə sərf edilən zamanın keyfiyyəti şagirdə sərf edilən zamanın keyfiyyətinə çevrilir. Azərbaycanda yeni tətbiq edilən tam ştatlı müəllim modeli də məhz bu ideyaya uyğundur: müəllimə sabit və tam iş günü verilməsi, əlavə ödənişlərin artırılması və sertifikasiya əsasında seçilmiş müəllimlərin sistemə cəlb edilməsi keyfiyyətə yönəlmiş addımdır. Əsas müsbət tərəf ondan ibarətdir ki, müəllim yalnız dərs saatı ilə ölçülmür, hazırlıq, qiymətləndirmə və inkişaf fəaliyyətləri də iş gününün ayrılmaz hissəsinə çevrilir. Bu, gələcəkdə tükənmişlik səviyyəsini aşağı salacaq, müəllim dövriyyəsini azaldacaq və məktəblərdə pedaqoji sabitlik yaradacaq.

İş yükünün düzgün tənzimlənmədiyi hallarda isə mənfi təsirlər daha kəskin olur. Tükənmiş müəllim sinifdə daha sərt davranır, qiymətləndirmədə ədalətsizliyə yol verə bilir, şagirdlə emosional təmas zəifləyir və sinifdə "sakitlik naminə öyrənmədən imtina" modeli formalaşır. Bu isə məktəbdə formal dərs keçir, amma real öyrənmə baş vermir kimi paradoks yaradır. Dünya təcrübəsində də göstərilir ki, peşə stresinin yüksək olduğu məktəblərdə şagird-müəllim münasibətləri zəifləyir, bu isə akademik nailiyyətə birbaşa təsir edir. Azərbaycanda aparılan monitorinqlər də göstərir ki, müəllimlərin 37%-i əlavə kağız işlərinin onların əsas tədris fəaliyyətinə mane olduğunu bildirir; yeni elektron sistemlərin tətbiqi və hesabat öhdəliklərinin yüngülləşdirilməsi isə bu yükü nəzərəçarpacaq dərəcədə azaldıb ki, bu da Elm və Təhsil Nazirliyinin müsbət və məqsədli addımlarındandır.

Hesab edirəm ki, müəllimlərin iş yükünün ağıllı idarə edilməsi və peşə stresinin azaldılması təhsil keyfiyyətinin artırılmasının ən real və təsirli mexanizmlərindən biridir. Sahib olduğu qanunvericilik bazası və son illərdə həyata keçirilən islahatlar Azərbaycan təhsil sisteminin bu istiqamətdə doğru yolda olduğunu təsdiq edir. Növbəti mərhələdə məktəbdaxili idarəetmədə çeviklik, müəllimə peşəkar avtonomiya verilməsi, metodik dəstək sisteminin gücləndirilməsi və tam ştatlı modelin daha geniş tətbiqi təhsilin keyfiyyətinə birbaşa müsbət təsir göstərəcək. İş yükü azalan, peşə stresi idarə olunan müəllim daha yaradıcı, daha diqqətli və daha ədalətli olur; bu isə nəticədə şagirdin öyrənmə dərinliyini artırır, məktəbin pedaqoji mədəniyyətini yüksəldir və təhsil sistemini uzunmüddətli dayanıqlı inkişaf yoluna çıxarır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1189   Tarix: 25 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur. Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,

19 sentyabr
.

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ

Prezident İlham Əliyevin Şamaxıya səfəri və burada bir sıra açılışlarda iştirakı şəhərin yenidən paytaxt statusu alması məsələsini aktuallaşdırıb. Şamaxı orta əsrlərdə uzun müddət Şirvanşahlar dövlətinin paytaxtı olub. 1191-ci ildə baş verən güclü zəlzələdən sonra isə Şirvanşah I Axsitan paytaxtı müvəqqət

20 sentyabr
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

19 sentyabr
.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. "Report"un xəbərinə görə, Azərbaycanda bu gün artıq üçüncü dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gün

20 sentyabr
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

20 sentyabr
.

Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA

Azərbaycanda gələcək pensiyanın məbləği əsasən vətəndaşın əmək fəaliyyəti dövründə əldə etdiyi rəsmi gəlirlər, ödədiyi sosial sığorta haqları və formalaşdırdığı pensiya kapitalı ilə bağlıdır. Bu baxımdan uzun müddət rəsmi əmək fəaliyyəti göstərən və əməkhaqqısı yüksək olan şəxslərin gələcəkdə daha yüksə

20 sentyabr
.

Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR

Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar

19 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Azərbaycan beton istehsalını avqustda 30 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə

20 sentyabr