Qadın sürücüyə dəhşət yaşadan şəxs saxlanıldı – NAZİRLİKDƏN AÇIQLAMA
Ataşehir-də yol vermə mübahisəsi yaşadığı qadın sürücüyə qarşı avtomobilindən enib təhqir edən və avtomobilinə zərər vuran şəxsin görüntülərinin yayılmasından sonra nazirlik hərəkətə keçib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Ataşehir rayonunun Fetih məhəlləsində saat 08:20 radələrində baş verib. İddiaya görə, avtomobili ilə Sancak küçəsində hərəkət edən və həkim olduğu öyrənilən Esra S. ilə digər sürücü Taner T. arasında yol vermə üstündə mübahisə yaranıb. Bu zaman Taner T. avtomobilindən düşərək Esra S.-nin avtomobilinin qapısını açmağa çalışıb. Qapını aça bilməyən Taner T. küçədən uzaqlaşıb. Qısa müddət sonra tərəflər Esatpaşa prospektində yenidən qarşılaşıb.
Qadın sürücü prospektdə sollama etdiyi anda Taner T. geriyə doğru manevr edərək Esra S.-nin avtomobilinə çırpılıb. Hadisədən sonra bir daha avtomobilindən düşən Taner T., Esra S.-nin maşınına təpiklə hücum edib. Sosial şəbəkələrdə yayılan görüntüləri şikayət kimi qiymətləndirən polis qısa müddətdə şübhəlini saxlayıb.
Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edərək şübhəlinin yaxalandığını "Lazımi tədbir görüldü" qeydi ilə paylaşıb:
"İstanbul Ataşehir yolunda mübahisə etdiyi qadın sürücüyə təhqir edərək avtomobilinə zərər verən T.T. adlı şəxs yaxalanaraq gözaltına alınıb. Bu nə əsəbdir, bu nə zorbaca hərəkətlərdir? Tıxac yalnız nəqliyyat vasitələrinin axını deyil; cəmiyyətin davranışlarının, dəyərlərinin və bir-birinə duyduğu hörmətin göründüyü ictimai bir məkandır. Hücum məqsədilə avtomobildən enən və yolu kəsən sürücüyə 180 min TL inzibati cərimə tətbiq edəcəyik, sürücülük vəsiqəsini 60 gün müddətinə alacağıq və avtomobilini 60 günlük yoldan məhrum edəcəyik. Yol təhlükəsizliyini heçə sayan sürücüləri gördükdə, lütfən 112 Təcili Çağrı Mərkəzinə məlumat verin. Biz lazım olanı edərik"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır