Hikmət Hacıyev: "Taker Karlsona dedim ki, Ermənistan və Azərbaycan nümayəndələrini birlikdə dəvət etsin"
"Region (Cənubi Qafqaz - red.) sülh gündəliyinin iqtisadi faydaları, o cümlədən birlikdə inşa edilən Zəngəzur dəhlizi və əlaqə bağlantıları üçün beynəlxalq dəstəyə ehtiyac duyur".
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha forumunda deyib.
O, daha sonra forum çərçivəsində Taker Karlsonla (amerikalı tok-şou aparıcısı - red.) aralarında keçən dialoqa diqqət çəkib:
"Ona Ermənistan-Azərbaycan haqqında son materialının sülhə töhfə üçün o qədər də müsbət olmadığını bildirdim. O da mənimlə razılaşdı. Hətta təklif etdim ki, növbəti dəfə Ermənistan və Azərbaycan nümayəndələrini birlikdə dəvət etsin və biz, həqiqətən, sülhün real gündəliyi haqqında danışaq. Bu, sadəcə, bir nümunədir. Çünki beynəlxalq media, beynəlxalq ictimaiyyət bizi dəstəkləməlidir. Biz gələcəyə doğru irəliləyirik və gələcək nəsillərimizi müharibənin yaralarından uzaq tutmaq istəyirik".
Prezidentin köməkçisi, həmçinin bildirib ki, bu gün dünyada yeni münaqişə ocaqları yaransa da, heç olmasa, Cənubi Qafqaz regionunda bir münaqişə səhifəsinin bağlanması müsbət xəbərdir:
"Müşahidələrim onu deməyə əsas verir ki, sülhdən danışmaq münaqişədən danışmaqdan qat-qat asandır. Əvvəllər Ermənistan və Azərbaycan daim bir-biri ilə mübahisə edir, münaqişə və ixtilaflardan danışırdıq. İndi isə sülhdən danışırıq. ABŞ-nin bu prosesdə oynadığı həlledici rolu qəbul etməklə yanaşı, Azərbaycan və Ermənistan arasında ikitərəfli əlaqələrin vacibliyini vurğulamaq istəyirəm. Azərbaycan və Ermənistan olaraq başa düşdük ki, hər şeydən əvvəl bizə sülh lazımdır. Bu sülhü yaratmalı, razılığa gəlməli, daha sonra isə beynəlxalq tərəfdaşlarımıza təqdim etməliyik".
H.Hacıyev əlavə edib ki, sülh danışıqları prosesinin ikitərəfli xarakteri özünü effektiv göstərib:
"Amerikalı dostlarımız isə iki tərəf arasında tamamilə qərəzsiz və dürüst vasitəçi oldular və bizi yekun razılaşmaya gətirdilər. Hazırkı mərhələdə Azərbaycan-Ermənistan qlobal sülhquruculuğu prosesini, o cümlədən vətəndaş cəmiyyəti institutlarının qurulması sahəsində əməkdaşlığı ikitərəfli əsasda davam etdiririk. Bu da özünü təsirli və səmərəli yanaşma kimi doğruldur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 601 Tarix: 06 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızılın qiyməti kəskin ucuzlaşdı
Dünya bazarında qızıl, gümüş və digər metalların qiymətlərində kəskin eniş müşahidə olunub. xəbər verir ki, noyabrın 20-də qızılın bir troya unsiyasının spot qiyməti 86,98 ABŞ dolları və ya 2,40% azalaraq 3 538,49 ABŞ dollarına düşüb. Nyu-Yorkun COMEX birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərini
21 noyabrBakıda yeni binaların tikintisi kəskin azalıb: Qiymətlər daha da arta bilər
Azərbaycanda tikinti sektorunda 6,8 faizlik azalma qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qurumun məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədə 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisəd
22 noyabrPensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib
22 noyabr500 manat qazananın 300 manatı vergiyə gedəcək - Bu şəxslər üçün ŞOK QƏRAR
Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatır və onun daha 3 il uzadılması təklif olunur. Deputat Vüqar Bayramov Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərlə bağlı bu təkliflə çıxış edib. Deputat bildirib ki
22 noyabr"İsraildə 5 ağır əməliyyat keçirdim" - Polad Bülbüloğlu
Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində üzləşdiyi ciddi problemlər səbəbindən İsraildə ağır əməliyyatlar keçirdiyini açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə P.Bülbüloğlu Təl-Əvivdə fəaliyyət göstərən "Sheinkin40" adlı yutub kanalına müsahibəsində danışıb
22 noyabrSürücü hündürlükdən yıxılıb öldü
Noyabrın 21-i saat 11 radələrində Səbail rayonu ərazisində söküntü sahəsində bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, ərazidəki tullantıları daşımaq üçün gəlmiş yük avtomobilinin 1996-cı il təvəllüdlü sürücüsü, Xocalı rayon sakini Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yıxılıb
23 noyabrBu şəxslərin həyat yoldaşlarına 400 manat veriləcək
Hərbçilərin yeni xidmət yerinə köçən həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. -un məlumatına görə, bunu jurnalistlərə açıqlaması zamanı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. Komitə sədri bildiri
22 noyabrBakıda bu ərazilərə giriş PULLU OLACAQ
Bakıda ödənişli hərəkət zonaları yaradılacaq və həmin ərazilərə avtomobillə daxil olan sürücülərdən haqq alınacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Avtomobil yolları haqqınd" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Yen
22 noyabr