İrina Şeyk özündən 11 yaş kiçik basketbolçu ilə görüşür
Rusiyalı supermodel İrina Şeyk və NBA ulduzu Devin Bukerin eşq yaşadığı iddia olunur.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 40 yaşlı model və 29 yaşlı basketbolçunun ötən həftəsonu Nyu-Yorkun nüfuzlu istirahət bölgələrindən biri olan Hemptonsda vaxt keçirdiyi bildirilir.
Məlumata görə, İrina Şeyk və Devin Buker bazar günü səhər saatlarında İst-Hemptonsdakı "Tutto Caffe" restoranında olublar. Daha sonra onların məşhur "Delilah" klubunda keçirilən əyləncə gecəsində səmimi söhbət etdiyini göstərən video da sosial şəbəkələrdə yayılıb.
Bununla belə, insayderlər basketbolçunun gecə ərzində başqa qadınlarla ünsiyyətdə olduğunu və bu vəziyyətin İrina Şeykin xoşuna gəlmədiyini iddia ediblər. Tərəflər yayılan məlumatlara hələlik münasibət bildirməyiblər. Buna görə də onların münasibətinin dostluq, qısamüddətli yaxınlıq və ya ciddi eşq olması təsdiqlənməyib.
İrina Şeyk daha əvvəl aktyor Bredli Kuperlə münasibətdə olub. Onların 9 yaşlı Lea adlı qızı var. Modelin amerikalı futbolçu Tom Breydi ilə də qısa müddət münasibətdə olduğu iddia edilmişdi.
Devin Buker isə təxminən iki il model Kendall Cennerlə münasibət yaşayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur aktyor bacısının toyuna getmədi - İLGİNC SƏBƏB - VİDEO
Məşhur aktyor Burak Özçivitin bacısı Burçun Özçivit ailə həyatı qurub. xəbər verir ki, toy mərasimi Samsunun Bafra rayonunda keçirilib. Özçivit ailəsinin üzvləri və yaxın dostlarının iştirak etdiyi mərasimdə Burak Özçivit və həyat yoldaşı Fahriye Evcenin olmaması diqqət çəkib. Məlumata görə, Burak Özçivi
30 avqust"Blogerlər tələbəyə nə öyrədəcək?" - Universitetlərə səsləndi
Aparıcı Lamiyə Ələkbərova universitetlərdə tələbələrlə keçirilən görüşlərdə blogerlərin dəvət olunmasına münasibət bildirib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə öz verilişində danışıb. O, bloger və influenserlərin fəaliyyətinə hörmətlə yanaşdığını, lakin universitetlərin əsas missiyasının təhsi
29 avqustSibel Canın toy tarixi bəlli oldu
Türkiyəli məşhur müğənni Sibel Canın özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcəyi tarix bəlli olub. Axşam.az xəbər verir ki, toy sentyabrın 17-də Muğlanın Marmaris şəhərində keçiriləcək. Məclisdə 500 nıfırin iştirakı gözlənilir. Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir
6 sentyabrKönül Kərimovanın qızı boşanıb
Əməkdar artist Könül Kərimovanın qızı Ləman boşanıb. Axşam.az xəbər verir ki, müğəninin qızı bu barədə özü açıqlayıb. O, həyat yoldaşı Orxanla ayrıldıqlarını bildirib. Qeyd edək ki, Ləmanın 2017-ci ildə Orxanla ailə qurub. Onun bu evlilikdən Dəniz adlı bir qızı var
29 avqust"Mənim yeganə övladım olaraq qalacaqsan"
Xalq artisti Yusif Eyvazov keçmiş həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkonun oğlu Tiaqonun doğum günü münasibətilə paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi onunla bağlı paylaşımında onun hər zaman özünün yeganə övladı olaraq qalacağını vurğulayıb. "Kaş bu dünya dəyişməsəydi, sə
5 sentyabrFatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v
10 sentyabrAyseldən Murad Adıgözəlzadə ilə bağlı xəbərə reaksiya
Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadənin səhhətində problem yaranıb. Axşam.az-ın məlumatına görə, Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində bununla bağlı paylaşım edib. Paylaşıma şərh yazanlar arasında M.Adıgözəlzadənin keçmiş həyat yoldaşı, müğənni Aysel Teymurzad
5 sentyabrİllərdir yaşanan küsülülük bitdi - Foto
Əməkdar artist Könül Kərimova ilə müğənni Təranə Qumral arasında illərdir davam edən küsülülük sona çatıb. Axşam.az xəbər verir ki, sənətçilər uzun fasilədən sonra bir araya gələrək birlikdə foto çəkdiriblər. Təranə Qumral həmin görüntünü sosial şəbəkə hesabında paylaşaraq "Uzun aradan sonra yenidə
29 avqustMəşhur müğənni konsertdə səhnəni tərk etdi, dava düşdü - VİDEO
Türkiyəli məşhur müğənni Kurtuluş Kuşun Malatyada verdiyi konsert gözlənilməz hadisə səbəbindən yarımçıq qalıb. xarici mediaya istinadla xəbər verir ki, müğənninin səhnə ilə tamaşaçılar arasındakı məsafənin azaldılması ilə bağlı tələbi yerinə yetirilməyib. Bundan sonra Kuş səhnəni tərk edib və konser
4 sentyabr