"Polat Alemdar" uzun fasilədən sonra üzə çıxdı - Son görünüşü gündəm oldu
Türkiyənin "Kurdlar Vadisi" serialında canlandırdığı Polat Alemdar obrazı ilə yadda qalan Necati Şaşmaz uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bir müddətdir gözlərdən uzaq həyat sürən aktyor qatıldığı açıq hava tədbirində görünüb. Ağ köynək, açıq rəngli şalvar və idman ayaqqabısı geyinən Şaşmaz gecənin diqqətçəkən simalarından biri olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə aktyorun tədbir iştirakçıları ilə söhbət etdiyi, onları səmimi şəkildə salamladığı və xatirə fotoları çəkdirdiyi görünür. Onun sakit davranışları ilə yanaşı, xarici görünüşündəki dəyişiklik də izləyicilərin diqqətindən yayınmayıb.
1971-ci il dekabrın 15-də Elazığda doğulan aktyorun tam adı Muhammed Necati Şaşmazdır. Bir müddət turizm sahəsində çalışan Şaşmaz daha sonra ABŞ-da yaşayıb.
Aktyor 2003-cü ildə yayımlanmağa başlayan "Kurdlar Vadisi" serialındakı Polat Alemdar obrazı ilə böyük şöhrət qazanıb. O, daha sonra "Kurdlar Vadisi İraq", "Kurdlar Vadisi Fələstin", "Kurdlar Vadisi Vətən" filmlərində və "Qurdlar Vadisi Pusu" serialında da eyni obrazı canlandırıb.
Uzun illər Türkiyə televiziya məkanının ən çox müzakirə olunan simalarından biri olan Necati Şaşmaz son dövrlərdə yeni ekran layihələrində yer almır və ictimaiyyət qarşısına nadir hallarda çıxır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun
15 sentyabr 2021Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq
Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə
10 sentyabr 2021Afaq Gəncəli ATV-dən getdi
Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini
6 sentyabr 2021"Sirtaki"nin müəllifi olan bəstəkar öldü
Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd
3 sentyabr 2021Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO
Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi
7 sentyabr 2021Firəngiz Mütəllimova Yaşar Nuridən yazdı: "Kaş sağ olardın..." - FOTO
Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nurinin anadan olmasının 70-ci ildönümüdür. xəbər verir ki, Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə sevilən aktyorla bağlı paylaşım edib. F.Mütəllimova Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb:. "Əvəzolunma
3 sentyabr 2021Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?
"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı
3 sentyabr 2021