ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib.
ÜST 2000-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilən ömür uzunluğunun, ölüm və xəstələnmə göstəricilərinin, eləcə də xəstəliklərin dinamikasını qiymətləndirib.
"2023-cü ildə dünyada gözlənilən orta ömür uzunluğu 73,3 yaşa çataraq pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşıb. Lakin sağlam ömür uzunluğu hələ də 2019-cu ilin göstəricisindən aşağıdır", - məlumatda qeyd olunub.
Bu gün yoluxucu olmayan xəstəliklər dünyada bütün ölüm hallarının 74 %-ni təşkil edir, halbuki 2000-ci ildə bu rəqəm 58 % idi.
Bununla yanaşı, demensiyadan ölüm üç dəfə artıb, narahatlıq pozuntuları və depressiya ilə bağlı sağlamlıq itkiləri isə pandemiya başlayandan sonra kəskin şəkildə artıb.
2023-cü ildə dünyada qeydə alınan 61 milyon ölüm halının 33 milyonu ölümün 10 əsas səbəbinin payına düşüb. Yoluxucu olmayan xəstəliklər bu 10 əsas səbəbdən 8-ni təşkil edib.
ÜST qeyd edib ki, ölüm hallarının əsas səbəbləri arasında ürəyin işemik xəstəliyi və insult da daxil olmaqla, ürək-damar xəstəlikləri, həmçinin xroniki ağciyər xəstəliyi və aşağı tənəffüs yollarının infeksiyaları da daxil olmaqla, tənəffüs sistemi xəstəlikləri yer alıb.
Ən
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 137 Tarix: 04 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu
Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a
3 oktyabr"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind
3 oktyabrMinsk Lukaşenko ilə Tramp arasında görüş təşkil etməyə çalışır
Belarus xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının iclası çərçivəsində RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, Minsk Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında görüş ehtimalını nəzərdən keçirir və onun təşkili üçün addımlar atır. xəbə
3 oktyabrMoldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
3 oktyabrTramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
4 oktyabrAlmaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"
4 oktyabrTokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla
3 oktyabr