Zəif şagirdlərlə iş nə vaxt başlamalıdır? - Təhsildə erkən müdaxilə niyə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Zəif şagirdlərlə iş nə vaxt başlamalıdır? - Təhsildə erkən müdaxilə niyə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASentyabrın 11-də keçirilən 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin konfransında şagirdlərin nəticələri və xüsusilə zəif nəticə göstərən uşaqlarla iş məsələsi diqqət mərkəzində olub. Təhsil İnstitutunun təqdimatında ibtidai siniflərdə oxu və riyazi bacarıqlar üzrə müsbət dinamikanın olduğu, baza həddinin altında nəticə göstərən şagirdlərin payının azaldığı bildirilib. Belə ki, ibtidai siniflərdə oxu üzrə baza səviyyəsindən aşağı nəticə göstərənlərin payı 5 faizə, riyaziyyat üzrə isə 9 faizə düşüb. Eyni zamanda DİM sədri Məleykə Abbaszadə zəif nəticələrin probleminin daha erkən mərhələdə müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, ibtidai siniflərdə yaranan zəif nəticələr sonrakı illərdə, hətta 9-cu sinif buraxılış imtahanlarında da özünü göstərə bilir.

Bu baxımdan zəif şagirdlərin vaxtında müəyyənləşdirilməsi və onların fərdi ehtiyaclarına uyğun dəstək göstərilməsi məsələsi aktuallaşır. Bəs zəif nəticə göstərən şagirdlərlə iş hansı mərhələdən başlamalıdır? Məktəblərdə bu uşaqların erkən müəyyənləşdirilməsi və onlara fərdi yanaşmanın tətbiqi nəticələrin daha da yaxşılaşmasına nə dərəcədə təsir edə bilər?
Zəif şagirdlərlə iş nə vaxt başlamalıdır? - Təhsildə erkən müdaxilə niyə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca Sonxeber.az-a açıqlamasında bildirdi ki, baza səviyyəsinə çatmayan şagirdlərin payının azaldılması təhsilin keyfiyyəti baxımından ən vacib məsələlərdən biridir. Onun sözlərinə görə, burada əsas məsələ zəif nəticə göstərən şagirdi son mərhələdə müəyyən edib onunla işləmək deyil, problemin ilkin mərhələdə aşkarlanması və həmin şagird üçün məqsədli dəstək mexanizminin qurulmasıdır: "Çünki ibtidai və əsas təhsil pilləsində yaranan bilik boşluqları vaxtında aradan qaldırılmadıqda, sonrakı illərdə şagirdin həmin boşluqları kompensasiya etməsi daha da çətinləşir. Məncə, bunun üçün müəllim yalnız ümumi sinif nəticəsinə deyil, hər bir şagirdin fərdi inkişaf dinamikasına diqqət yetirməlidir. Şagirdin hansı mövzuda çətinlik çəkdiyi müəyyənləşdirilməli, ona uyğun fərdi və ya kiçik qrup şəklində əlavə iş aparılmalıdır.

Burada valideynlə məktəb arasında əməkdaşlıq da mühüm əhəmiyyət daşıyır. Ən başlıcası isə zəif nəticə göstərən şagirdə "zəif şagird" kimi yanaşmaq yox, onun potensialını üzə çıxarmaq və geridə qalmasının səbəbini aradan qaldırmaq lazımdır. Bu yanaşma sistemli şəkildə tətbiq olunarsa, baza səviyyəsinə çatmayan şagirdlərin sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 128   Tarix: 05 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

3 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

4 oktyabr
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Bu şəxslər sürücülük vəsiqəsi ALA BİLMƏYƏCƏK

Hərbi biletində müəyyən tibbi maddələr qeyd olunmuş vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müxtəlif prosedur və məhdudiyyətlərlə qarşılaşa bilərlər. Bu maddələr arasında xüsusilə diqqət çəkənlərdən biri də psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsidir. Bir çox hallard

4 oktyabr
.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

Kimlərin kredit borcu SİLİNƏ BİLƏR? - Ekspertdən AÇIQLAMA

Kredit borcunun silinməsi ilə bağlı müxtəlif hallar mövcud olsa da, borcalanın sadəcə maddi çətinlik yaşaması borcun avtomatik olaraq ləğv edilməsi üçün əsas sayılmır. Borcalanın vəfat etməsi, kreditin sığortalanması, bankın borcu bağışlaması, dövlət tərəfindən xüsusi qərarın qəbul edilməsi, iddia müddətini

5 oktyabr