Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 30,95 milyon ABŞ dolları dəyərində 19 min 947 ton albalı və gilas ixrac edib.
"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 49 %, kəmiyyət olaraq - 19,2 % çoxdur.
Azərbaycan Rusiyaya 30,72 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 48,7 % çox) 19 min 699 ton (+18,5 %), Qazaxıstana 214 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 228 ton (+3 dəfə), Belarusa 15,4 min ABŞ dolları dəyərində (-48 %) 19,2 ton (+3,8 dəfə) və Honkonqa 1,47 min ABŞ dolları dəyərində (-69 %) 0,73 ton (-31 %) məhsul satıb.
Hesabat dövründə Azərbaycana xarici ölkələrdən 477 min ABŞ dolları dəyərində (+65 %) 351 ton (+37 %) albalı və gilas gətirilib.
Azərbaycan Türkiyədən 327 min ABŞ dolları dəyərində (+5 450 dəfə) 242 ton (+4 840 dəfə), İrandan 146 min ABŞ dolları dəyərində (+0,4 %) 108 ton (+0,4 %), Çilidən 1,59 min ABŞ dolları dəyərində (-53 %) 0,19 ton (-55 %), Çindən 0,88 min ABŞ dolları dəyərində (-54 %) 0,07 ton (-71 %), Avstraliyadan 0,61 min ABŞ dolları dəyərində 0,03 ton məhsul alıb.
Azərbaycan 5 il 11 aylıq aradan sonra Avstraliyadan tədarükü bərpa edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 330 Tarix: 10 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14 noyabrHamilə qadın bıçaqlandı - Qardaşı saxlanıldı-Yenilənib
Tovuzda qadın bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayondakı "ASAN xidmət" Mərkəzinin qarşısında qeydə alınıb. İlkin məlumata görə, bıçaqlanan qadın hamilə olub. O, xəstəxanaya aparılıb, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır. *. Polisin keçirdiyi tədbirlə
13 noyabrAzərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric
14 noyabrBirdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
15 noyabrSabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd
15 noyabr