Limon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər.
Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqət yetirilməli olduğunu açıqlayıb.
Mütəxəssis qabığı zədələnmiş limonları almamağı tövsiyə edir. Onun sözlərinə görə, qabıqdakı kiçik bir zədə belə kif göbələyinin meyvəyə daxil olmasına şərait yarada bilər.
Mağazada problemin yeganə görünən əlaməti qabığın müəyyən hissəsinin süngər kimi yumşalması ola bilər. Sonradan isə həmin sahədə çürümə və kif sürətlə inkişaf edə bilər. Buna görə də limonun yalnız rənginə baxmaq kifayət etmir.
Qoxusuna da diqqət edin
Qautam bildirir ki, xarab olmağa başlayan limonun özünəməxsus, qeyri-adi qoxusu olur. Lakin mağazada müxtəlif qoxular bir-birinə qarışdığından bunu hiss etmək çətinləşə bilər.
Limonun qoxusu xoşagəlməzdirsə, onu almamaq məsləhətdir. Bu üsul çiyələk də daxil olmaqla digər meyvələri seçərkən də faydalı ola bilər.
Mütəxəssisin sözlərinə görə, kiflənmənin qarşısını almaq üçün limonlara yığımdan sonra göbələk əleyhinə vasitələr tətbiq olunur. Bununla belə, alış zamanı meyvənin qabığını və ümumi vəziyyətini yoxlamaq vacibdir.
Daha yaxşı limonu necə seçməli?
Qabığında zədə, sulu ləkə, görünən kif və dərin əziklər olmayan limonlara üstünlük vermək lazımdır. Qautam əlavə olaraq qabığın möhkəm olmasına və meyvənin ölçüsünə görə ağır gəlməsinə diqqət yetirməyi tövsiyə edir. (lent.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1803 Tarix: 10 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHər gün qəhvə içmək üçün daha bir səbəb
Kopenhagen Universitetində aparılan son elmi araşdırma müntəzəm qəhvə istehlakının həzm sisteminə birbaşa təsir göstərdiyini ortaya qoyub. "Qafqazinfo" xəbər verir ki, "Gut Microbiology" jurnalında dərc edilən tədqiqata görə, qəhvə içmək bağırsaq hərəkətləri, yoğun bağırsaq sancılar
18 noyabrQaza qənaət üçün kombi neçə dərəcədə olmalıdır?
Qış aylarında evin isti olması ilə yanaşı, qaz xərclərinə qənaət etmək də vacibdir. Bir çox insan mənzili daha tez isitmək üçün kombinin temperaturunu maksimum həddə qaldırır. Lakin mütəxəssislər bildirirlər ki, bu üsul heç də həmişə qənaətli deyil. xarici mediaya istinadən xəbər verir ki, kombinin optima
22 noyabrQəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb
Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla
25 noyabrDünyada ən çox oxunan kitablar - Milyonların sevimli əsərləri
Dünya ədəbiyyatında elə kitablar var ki, əsrlər keçsə də, populyarlığını itirmir. Bəzi əsərlər yüz milyonlarla nüsxə satılaraq dünyanın ən məşhur kitabları sırasına daxil olub. xəbər verir ki, dünyada ən geniş yayılan kitablar arasında Bibliya xüsusi yer tutur. Müxtəlif dillərdə milyardlarla nüsxəs
22 noyabrTelefon suya düşəndə bu 4 səhvi etməyin
Smartfonun suya düşməsi və ya üzərinə maye tökülməsi ciddi problemlərə səbəb ola bilər. Belə vəziyyətdə cihazı xilas etmək üçün istifadə edilən bəzi məşhur üsullar isə əksinə, zərəri daha da artıra bilər. Xüsusilə telefonu düyünün içinə qoymaq, fenlə qurutmaq və dərhal enerji mənbəyinə qoşmaq təhlükəl
22 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrAçarın düzgün hazırlanmadığını necə anlamaq olar?
Açar düzgün hazırlanmadıqda kiliddə ilişə, çətin çevrilə və ya qapını ümumiyyətlə açmaya bilər. Açar təmiri belə hallarda problemin açardan, yoxsa kiliddən qaynaqlandığını müəyyən etməyə və uyğun həll tapmağa kömək edir. Xüsusilə yeni hazırlanmış açar əvvəlki açar kimi rahat işləmirsə, onun ölçüsün
24 noyabrPişiklər sahiblərindən bu 3 səbəbə görə inciyə bilərlər
Pişiklərin davranışlarını anlamaq bəzən olduqca çətin olur. Onlar da insanlar kimi narahatlıq və narazılıq hiss edə bilirlər. Lakin bu duyğuları fərqli şəkildə büruzə verdiklərindən sahibləri çox vaxt öz hərəkətləri ilə ev heyvanlarını narahat etdiklərinin fərqinə varmırlar. Mütəxəssislər pişikləri
22 noyabr