İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto

İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - FotoOktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

"Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə çox məmnunam, ölkəmizə rəsmi səfərə gəlmək barədə dəvətimi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Biz elə indicə ikitərəfli gündəliyimizin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr apardıq. Əminəm ki, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Elə indicə keçirdiyimiz görüşdə qeyd etdiyim kimi bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin Azərbaycana rəsmi səfərinizdən faydalanmalıyıq. Biz qarşılıqlı əlaqələrimizin bəzi vacib sahələrini artıq müzakirə etdik və əminəm ki, daha çox sahələr olacaq. Əlbəttə ki, dostluğumuzu nümayiş etdirən səfəriniz ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. İstər ticarət, investisiyalar, birgə istehsal, enerji təhlükəsizliyi olsun, istərsə də bir çox digər sahələr.

Eyni zamanda, AQEM sammitində iştirak etmək üçün mənim dəvətimi qəbul etdiyinizə görə təşəkkürümü bildirirəm. Bu sammit tezliklə keçiriləcək. İlk dəfədir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir. Bildiyiniz kimi, sədrliyimiz yekdilliklə dəstəklənmişdir. Biz bunu üzv dövlətlərin suverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizə hörmətin aydın təzahürü hesab edirik. Ümid edirəm ki, bu önəmli beynəlxalq tədbir regionumuzda, daha geniş Avrasiya regionunda təhlükəsizliyə töhfə verəcək. Düşünürəm ki, bütün ölkələrin buna ehtiyacı var.

Cənab Baş nazir, bir daha xoş gəlmisiniz. Çox şadam ki, bizi böyük nümayəndə heyəti ilə ziyarət edirsiniz. Bütün qonaqlarımıza Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram. Əminəm ki, səfər dostluğumuzu və əməkdaşlığımızı gücləndirəcək yaxşı nəticələrə gətirib çıxaracaq".

Baş nazir Hun Manet: "Cənab Prezident, məni AQEM sammitində iştirak etməyə və eyni zamanda, rəsmi səfərə dəvət etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Sizin gözəl ölkənizi ziyarət etmək imkanına görə çox şadam. Bu vaxtadək mənə və nümayəndə heyətimə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Elə indicə müzakirə etdiyimiz kimi bizim otuz ildən də artıq bir müddət əvvəl əsası qoyulmuş qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün çoxlu imkanlarımız var.

Fürsətdən istifadə edərək, Kamboca Kralı Norodom Sihamoninin və Kambocanın sabiq Baş naziri Hun Senin salamlarını Zati-alinizə çatdırmaq istəyirəm. Mən müzakirələrimizi, - elə indicə müzakirə etdiyimiz mövzuların, sadəcə müzakirələr yox, birlikdə əməkdaşlığı genişləndirmək üçün ölkələrimizin atacağı addımların müzakirəsini, - davam etdirməyi səbrsizliklə gözləyirəm.

Cənab Prezident, dəvətiniz üçün bir daha təşəkkür edirəm".

Prezident İlham Əliyev: "Təşəkkür edirəm. Mənim də salamlarımı Əlahəzrət Krala və on iki il bundan əvvəl bu binada görüşdüyüm sabiq Baş nazirə, Senatın sədrinə də çatdırın".

11:33

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.

Sonxeber.az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Fotoİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 205   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səfir: İndoneziya AQEM çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

İndoneziya Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və onun fəaliyyətində daha fəal iştirak etmək imkanlarını öyrənir. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfir

11 oktyabr
.

Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur

Azərbaycan Prezidenti İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 23 ili tamam olur. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsin

12 oktyabr
.

Azərbaycanın qazandığı qələbələrin memarı - Prezident İlham Əliyev

15 oktyabr 2003-cü il müstəqil Azərbaycan Respublikasının tarixinə yazılmış ən əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan üçün o baxımdan əlamətdardır ki, xalqımız öz dövlətçiliyinin gələcəyi, rifahının yüksəkliyinə doğru inamlı bir addım atdı. Belə ki, müdrik Azərbaycan xalqı 2003-cü il 15 oktyabrd

12 oktyabr
.

İranın Azərbaycan uşaqlarını "zəhərləməsi" iddiası: Uşaqların təhlükəsizliyi, ideoloji təsir və milli gələcəyimiz uğrunda mübarizə

"Azərbaycan uşaqlarının sağlamlığına, milli-mənəvi dəyərlərinə və dünyagörüşünə yönələn istənilən təhlükə təkcə ailələrin deyil, bütövlükdə dövlətin və cəmiyyətin təhlükəsizliyi məsələsidir. Uşaqlar ölkənin gələcəyidir. Onların fiziki sağlamlığı, psixoloji dayanıqlığı, milli kimliyi və müstəqi

11 oktyabr
.

Bəzi tələbələrə Prezident təqaüdü veriləcək - Siyahı

Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisa

12 oktyabr
.

Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər - Foto

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov birgə nahar ediblər. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

10 oktyabr
.

İlham Əliyevin Hun Manet ilə məhdud tərkibdə görüşü olub - Foto

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə məhdud tərkibdə görüşü olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

12 oktyabr
.

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

Oktyabrın 12-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Kamboca Krallığının birinci xanımı Piç Çanmoni ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

12 oktyabr
.

İlham Əliyev Ramzan Kadırovu qəbul edib - YENİLƏNİB+FOTO

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:. "Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam

10 oktyabr