Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?

Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "24.hu" nəşri yazıb.

Ən yeni modelləşdirmələrin nəticələrinə görə, bu qeyri-adi hadisəni yalnız indiyədək nə Yer kürəsində, nə də Günəş sisteminin digər hissələrində müşahidə edilmiş ekzotik fiziki proseslərlə izah etmək mümkündür.

Məqalədə bildirilir ki, AMEC Marsın ekvatorundan cənubda, Tarsis bölgəsində yerləşən, hündürlüyü təxminən 20 kilometr olan sönmüş Arsia Mons vulkanının üzərində tez-tez yaranır. Su buxarından ibarət bulud ilk dəfə 2018-ci ildə Avropa Kosmik Agentliyinin "Mars Express" kosmik aparatı tərəfindən qeydə alınıb.

Həmin vaxtdan bəri bulud Marsda yaz və yay aylarında, güclənən Günəş şüalanmasının səthdə güclü küləklər yaratdığı dövrlərdə, demək olar ki, hər səhər görünür. Lakin o, gündə cəmi bir neçə saat mövcud olur və sonra yoxa çıxır.

Marsda toz buludlarına da rast gəlinsə də, planetin atmosferində su buxarı demək olar ki, yoxdur. Buna görə də Yer kürəsindəki buludlara bənzər formaların yaranması nadir hadisədir. Üstəlik, onların belə nəhəng ölçülərə çatması alimlər üçün əlavə suallar doğurur.

Bu səbəbdən tədqiqatçılar uzun müddət Marsdakı bu qeyri-adi hava hadisəsini izah etməkdə çətinlik çəkiblər. Yeni araşdırmada alimlər "Mars Express" aparatının məlumatlarından istifadə edərək AMEC-in necə yarandığını anlamaq üçün yeni modellər hazırlayıblar.

Alimlər hansı nəticəyə gəliblər?

Əvvəlcə tədqiqatçılar bu sirli hadisəni modelləşdirməkdə çətinlik çəkiblər. Lakin ənənəvi meteoroloji prinsiplərdən imtina etdikdən sonra buna nail olublar.

Alimlərin fikrincə, problemin həlli üçün təbiətdə indiyədək müşahidə edilməyən fiziki prosesləri nəzərə almaq lazım gəlib. Onlar AMEC-in oroqrafik bulud olduğunu düşünürlər. Belə buludlar güclü küləyin su buxarını dağın yamacı boyunca yuxarı qaldırması nəticəsində yaranır.

Məqalədə qeyd olunur ki, Yer kürəsində də oxşar buludlar mövcuddur. Buna misal olaraq Cənubi Avropadakı Cəbəllütariq qayasının üzərində vaxtaşırı yaranan Levante buludunu göstərmək olar. Lakin Marsdakı analoji hadisəni Yer atmosferində baş verən proseslərlə eyni şəkildə izah etmək mümkün deyil.

AMEC-in yaranması zamanı havada kondensasiya üçün zəruri hissəciklərin olmamasına baxmayaraq, su buxarı birbaşa buz kristallarına çevrilir. Aralıq mərhələlər olmadan baş verən bu proses alimlər tərəfindən "homogen nüvələşmə" adlandırılıb.

Nəşrin məlumatına görə, tədqiqatçılar bu prosesin indiyədək heç bir planetin atmosferində müşahidə edilmədiyini bildirirlər.

Digər mühüm sual isə buludun yaranması üçün lazım olan böyük su miqdarının haradan gəlməsidir. Alimlər suyun bir hissəsinin artıq atmosferdə olduğunu, qalan hissəsinin isə ehtimal ki, qalın qırov təbəqəsi ilə örtülmüş Arsia Mons vulkanının zirvəsindən gəldiyini düşünürlər.

Tədqiqatçılar vurğulayıblar ki, "Mars Express" kosmik aparatı olmasaydı, bu kəşflər mümkün olmazdı. Aparat AMEC-i ilk dəfə aşkar etməklə yanaşı, uzun illər ərzində onu müşahidə edib və buludun mənşəyinin sirlərinin açılmasına kömək göstərib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 116   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çexiya Prezidenti seçkilərdə iştirak etmək üçün məzuniyyətini yarımçıq qoyub

Çexiya Prezidenti Petr Pavel bələdiyyə və Senat seçkilərində səs vermək üçün bir neçə saatlıq Mərakeşdən vətənə qayıdıb. "Report" "Idnes" portalına istinadən xəbər verir ki, dövlət başçısı səsvermədə iştirak etməmək barədə ilkin qərarının tənqid olunmasından sonra məzuniyyətini yarımçı

11 oktyabr
.

Almaniya kəşfiyyatının sabiq rəhbəri ilə bağlı qalmaqal Polşa və Britaniyada narahatlıq doğurub

Almaniya Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri August Hanninglə bağlı qalmaqal xarici tərəfdaşlar arasında narahatlığa səbəb olub və Almaniya xüsusi xidmət orqanlarına qarşı ciddi etimad böhranına gətirib çıxara bilər. "Report"un "Welt am Sonntag"a istinadən verdiyi məlumat

11 oktyabr
.

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So

12 oktyabr
.

"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy

11 oktyabr
.

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"

11 oktyabr
.

WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib

ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"

11 oktyabr
.

ABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır

ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır

12 oktyabr
.

Türkiyədə "Vanlı Kara Haydar"a qarşı əməliyyat: Bir milyard lirədən çox vəsait müsadirə edildi

Türkiyədə Ankara prokurorluğunun rəhbərliyi altında "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalana qarşı "cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması" maddəsi üzrə başladılan istintaq davam edir. xəbər verir ki, bu barədə "TRT Haber"ə yerli hüquq-mühafizə orqanlarındak

11 oktyabr
.

İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"

11 oktyabr