Qanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!

Qanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlum tərəflərini ortaya qoyub.

Qaynarinfo xəbər verir ki, I Dünya müharibəsi bəşər tarixində insan əli ilə törədilmiş ən böyük kütləvi ölümlərdən birinə səbəb olub. 112 il əvvəl başlayan və dörd il davam edən müharibənin təxminən 17-20 milyon insanın həyatına son qoyduğu ehtimal edilir. Lakin müharibə bundan daha çox insana müxtəlif formalarda təsir göstərib. Bu təsirlərin başında isə yarımçıq qalan sevgi hekayələri dayanırdı.

Düz 112 il əvvəl başlayan və "bütün müharibələrə son qoyacaq müharibə" adlandırılan I Dünya müharibəsi bütün dünyanı bürüyərək xalqların yaddaşında dərin izlər buraxıb. Türk xalqının da yaxından tanıdığı bu izlərə və təsirlərə bu gün də rast gəlmək mümkündür. Müharibə xalqlarla yanaşı, ayrı-ayrı insanların həyatına da böyük təsir göstərib və geridə qalan hekayələr günümüzədək gəlib çatıb. Bu hekayələr adları məlum olmayan milyonlarla əsgərin yarımçıq qalmış həyatına işıq salır, cəbhədə döyüşən insanların sadəcə statistik rəqəmlərdən ibarət olmadığını göstərir.

Kinematoqrafiyada da mövzu olmuş Qərb cəbhəsində xidmət edən avstraliyalı əsgərin sevgi hekayəsi də bu nümunələrdən biridir. 60 ildən çox əvvəl zibillikdə tapılan gündəliyində təsvir olunan hadisələr günümüzədək gəlib çatan belə hekayələrin kiçik bir hissəsini təşkil edir.

Birinci Dünya müharibəsi zamanı Avstraliya kapralı kimi Qərb cəbhəsində Almaniyaya qarşı döyüşən Klod Nattallın gündəliyində cəbhədəki gündəlik həyat və həyat yoldaşı ilə münasibətləri barədə çoxsaylı təfərrüatlar yer alır. Bu məlumatlar hətta yaxın zamanda nəşr olunması planlaşdırılan bir kitab üçün də ilham mənbəyinə çevrilib.

Evlilikləri 30 gün davam etdi

Qərb cəbhəsində almanlarla döyüşərkən yaralanan avstraliyalı əsgər İngiltərənin Vusterşir bölgəsindəki Sturbric şəhərində yerləşən hərbi xəstəxanaya göndərilib. Kapral Klod Nattall müalicə aldığı müddətdə Violet Palfrimanla tanış olub. Zaman keçdikcə onların tanışlığı sevgi münasibətinə çevrilib və 1918-ci ilin martında evlənmələri ilə münasibətləri yeni mərhələyə qədəm qoyub.

Gənc cütlük birlikdə təxminən 30 gün keçirib. Müalicəsi başa çatan Nattall evliliyindən 30 gün sonra Fransada yerləşən hərbi hissəsinə qoşulmaq və yenidən cəbhəyə qayıtmaq üçün yola düşüb.

Müharibənin sonu artıq görünməyə başlamışdı. Gözlənilməz hadisə baş verməsəydi, Almaniya məğlub tərəf olacaqdı. Cütlük ayrılıqlarının uzun sürəcəyini düşünmürdü. Lakin nəzərə almadıqları məqam müharibənin sonu yaxınlaşsa da, cəbhədə döyüşlərin və ölümlərin hələ də davam etməsi idi.

Nattall hərbi hissəsinə qayıtdıqdan sonra həyat yoldaşı ilə mütəmadi olaraq məktublaşır, fürsət tapdıqca gündəliyinə qeydlər edirdi. Kapral 1918-ci il avqustun 10-da gündəliyinə sonuncu dəfə yazmaq üçün qələmini əlinə aldı. O, hərbi uğurlarından bəhs etdi və həyat yoldaşına yeni məktub göndərdiyini qeyd etdi.

Nattall son gününü gündəliyində belə təsvir etmişdi:

"Toplarımız tərəfindən intensiv bombardman aparılır və irəliləyiş hələ də davam edir. Violetə məktub yazmağa başladım. 31-ci batalyon tərəfindən yeni toplar ələ keçirildi. Yenidən irəliləməyə hazırıq. Əsirlər geri gətirilməyə davam edir. Violetə yeni məktub yazdım".

Klod Nattall avqustun 8-12-də baş verən Amyen döyüşü zamanı almanların pulemyot mövqeyinə hücum edərkən snayper tərəfindən vurulub. Hadisədən üç gün sonra həyatını itirib. Onun hekayəsi isə 1996-cı ildə üzə çıxanadək uzun müddət unudulmuş vəziyyətdə qalıb.

Gündəliyi zibillikdə tapıldı

Nattallın yarımçıq qalmış hekayəsi 1996-cı ildə Dudli Muzeyinin I Dünya müharibəsində iştirak etmiş yerli əsgərlərə aid fotoşəkil və sənədlərin toplanması üçün elan verməsi sayəsində üzə çıxıb.

Həmin vaxt muzeyə rəhbərlik edən Kolin Rid Amyen döyüşünün 80-ci ildönümü münasibətilə xüsusi sərgi hazırlayırdı. Muzeyin çağırışından sonra Alan Sautoll uşaqlıqdan bəri saxladığı bir xatirəni üzə çıxarmaq qərarına gəlib.

Sautoll hələ 12 yaşında olarkən, 1965-ci ildə zibillikdə tapdığı yaşıl rəngli kiçik dəftəri muzeyə təhvil verib. Dəftərin üzərində güllə dəliyi var idi, səhifələri isə qurumuş qan izləri ilə örtülmüşdü. Zibil yığınlarının arasından çıxan bu qanlı gündəliyin kapral Klod Nattalla məxsus olduğu müəyyənləşib.

Bu tapıntı illərlə davam edəcək araşdırmaların və yeni məlumatların ortaya çıxmasının əsasını qoyub.

Həmin dövrdə muzeyin rəhbəri olan Kolin Rid prosesi belə xatırlayıb:

"Hadisənin yerli əhəmiyyəti olduğu üçün gündəliyi sərgidə nümayiş etdirmək qərarına gəldik. Yanına yalnız bir qırmızı gül qoymuşduq. Lakin hekayəni öyrəndikcə daha çox məlumat əldə etmək istədim. Gündəliyi ilk dəfə əlimə aldığım andan etibarən onunla həqiqi bir bağ qurduğumu hiss etdim və sanki sehrinə düşdüm. Bunun tamamilə şəxsi bir hekayə olduğunu düşündüm və araşdırma aparmaqdan özümü saxlaya bilmədim".

Rid illərlə apardığı diqqətli araşdırmaları və topladığı bütün məlumatları "The Digger’s Diary" ("Anzak əsgərinin gündəliyi") adlı kitabda bir araya gətirib.

Sənədlər göstərir ki, Nattall 1915-ci ildə, 20 yaşını qeyd etməsinə cəmi bir neçə gün qalmış Avstraliya ordusuna qoşulub və 23-cü batalyonda xidmət etməyə başlayıb. Əvvəlcə Misirə göndərilən batalyon daha sonra alman qüvvələrinə qarşı döyüşmək üçün Qərb cəbhəsinə köçürülüb.

Nattall 1916-cı ildə "Neytral zona"da düşmən atəşi altında qalan yaralı silahdaşlarını xilas etdiyinə görə İngiltərə kralı V Corc tərəfindən medalla təltif edilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 137   Tarix: 12 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çexiya Prezidenti seçkilərdə iştirak etmək üçün məzuniyyətini yarımçıq qoyub

Çexiya Prezidenti Petr Pavel bələdiyyə və Senat seçkilərində səs vermək üçün bir neçə saatlıq Mərakeşdən vətənə qayıdıb. "Report" "Idnes" portalına istinadən xəbər verir ki, dövlət başçısı səsvermədə iştirak etməmək barədə ilkin qərarının tənqid olunmasından sonra məzuniyyətini yarımçı

11 oktyabr
.

Almaniya kəşfiyyatının sabiq rəhbəri ilə bağlı qalmaqal Polşa və Britaniyada narahatlıq doğurub

Almaniya Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri August Hanninglə bağlı qalmaqal xarici tərəfdaşlar arasında narahatlığa səbəb olub və Almaniya xüsusi xidmət orqanlarına qarşı ciddi etimad böhranına gətirib çıxara bilər. "Report"un "Welt am Sonntag"a istinadən verdiyi məlumat

11 oktyabr
.

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So

12 oktyabr
.

"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy

11 oktyabr
.

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"

11 oktyabr
.

WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib

ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"

11 oktyabr
.

ABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır

ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır

12 oktyabr
.

Türkiyədə "Vanlı Kara Haydar"a qarşı əməliyyat: Bir milyard lirədən çox vəsait müsadirə edildi

Türkiyədə Ankara prokurorluğunun rəhbərliyi altında "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalana qarşı "cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması" maddəsi üzrə başladılan istintaq davam edir. xəbər verir ki, bu barədə "TRT Haber"ə yerli hüquq-mühafizə orqanlarındak

11 oktyabr
.

İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"

11 oktyabr