Baş nazirin müavinlərinin sayı 4 oldu
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub.
"Qafqazinfo"nun məlumatına görə, bununla da Baş nazirin müavinlərinin sayı 3-dən 4-ə yüksəlib.
Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur. O, 1999-2003-cü ilə qədər Baş nazirin müavini olub, 2003-cü ildən isə Baş nazirin birinci müavini kimi fəaliyyət göstərir.
Şahin Mustafayev də Baş nazirin müavinidir. O, 2008-2013-cü illərdə iqtisadi inkişaf naziri, 2013-2016-cı illərdə iqtisadiyyat və sənaye naziri, 2016-2019-cu illərdə iqtisadiyyat naziri olub. 2019-cu ildən isə indiki vəzifəsindədir.
Baş nazirin digər müavini Samir Şərifovdur. 2006-2025-ci illərdə maliyyə naziri postunu icra edən Şərifov ötən ilin yanvarından Baş nazirin müavini kimi fəaliyyət göstərir.
Yeni təyinat alan Teymur Musayev isə 2022-ci ilin yanvar ayından səhiyyə naziri vəzifəsini icra edirdi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 247 Tarix: 19 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimka
19 oktyabrBakının bu rayonunda iki gün SU OLMAYACAQ
Oktyabrın 19-dan 21-dək Bakının Nizami rayonunun bir sıra ərazilərində su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Qeyd edilir ki, su və tullantı sularının axıdılması şəbəkəsinə qoşulma ilə bağlı verilən texniki şərtə əsasən görüləcək işlərlə bağl
19 oktyabrBakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda dana ətinin bir kiloqramı 19 manata satıldığı halda, Beyləqanda bu qiymət 17 manat, Bərdədə isə 17 manat 50 qəpikdir. Beləliklə, paytaxtda dana əti bölgələrlə müqayisədə 1,50-2 manat daha baha təklif olunur. Bərdədə çalışan qəssabların sözlərinə görə, ətin alış qiymətində artım müşahidə edils
18 oktyabrPrezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Musayev baş nazirin müavini təyin olunub. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilinə 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunu
19 oktyabrDərslərin başlama saatı DƏYİŞDİRİLƏ BİLƏR
Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, dərslərin saat 08:00 əvəzinə 09:00-da və ya daha gec başlaması, eləcə də növbəli təhsil sistemini
18 oktyabr