Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındı

Rusiyada siçan qızdırmasına kütləvi yoluxma qeydə alındıRusiyada siçan qızdırmasının kütləvi yayılması halları qeydə alınıb. Ölkənin müxtəlif bölgələrində təqribən 1500 nəfər tibbi yardım üçün həkimlərə müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, Nijni Novqorod və Saratov vilayətlərində, həmçinin Tatarıstan, Başqırdıstan və Udmurtiya respublikalarında ümumilikdə 1512 pasiyentdə yoluxma faktı təsdiqlənib.

Nəşrdə qeyd olunur ki, siçan qızdırmasına yoluxma hallarının kəskin artması payız aylarına təsadüf edir. Bu mövsümdə gəmiricilər isti yer axtarışında çöllərdən insanların yaşayış evlərinə doğru hərəkət edirlər. Mütəxəssislərin sözlərinə görə, bağ evlərində, eləcə də şəhər ərazilərində xəzəlləri təmizləyərkən bu infeksiyaya tutulmaq mümkündür. Həmin yerlərdə gəmiricilərin ifrazatlarına (tüpürcək və ya nəcis) rast gəlinə bilər.

Virus insan orqanizminə hava-damcı yolu, yaxud birbaşa təmas vasitəsilə daxil olur. Xəstəliyin əsas simptomlarına yüksək bədən hərarəti, baş, qarın, bel və əzələ ağrıları daxildir. Bundan əlavə, xəstələrin üzündə və bədənlərinin yuxarı nahiyələrində qızartılar müşahidə edilə bilər. Həkimlər əraziləri təmizləyərkən mütləq qoruyucu maskalardan istifadə etməyi məsləhət görürlər. Siçan yuvalarına, ifrazatlarına və gəmiricilərin özlərinə çılpaq əllə toxunmaq qətiyyən tövsiyə olunmur. Həmçinin, əllərin diqqətlə dezinfeksiya edilməsi vacib şərtdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 101   Tarix: 01 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib

Misirin xarici işlər naziri Bədr Abdel Ati ABŞ və İran arasında silahlı qarşıdurmanın yeni mərhələsinin daha dağıdıcı ola biləcəyi və ağır nəticələrə səbəb olacağı ilə bağlı ciddi narahatlığını ifadə edib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o Bəhreyndə keçirilə

1 noyabr
.

Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi

"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas

31 oktyabr
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31 oktyabr
.

Donald Tramp ona qarşı aksiyaların Corc Soros tərəfindən maliyyələşdirildiyini açıqladı

ABŞ Prezidenti Donald Tramp ona qarşı təşkil edilən etiraz aksiyalarının milyarder Corc Soros tərəfindən maliyyələşdirildiyini iddia edib. -ın məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri yayıb. "Yenə bir etirazçı. Onlara Soros pul ödəyir. Üstəlik, bu adam ucuz başa gəli

31 oktyabr
.

Sankt-Peterburqda mənzildə üç il əvvəl ölən şəxsin cəsədi aşkarlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb. bildirir ki, bu barədə REN TV-yə mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb. Məlumata əsasən

1 noyabr
.

İranın dövlət mediası ABŞ-ın Qeşm adası sahillərində balıqçı qayıqlarına hücum etdiyini bildirib

İranın dövlət televiziyası IRIB, Hormozgan əyalətinin rəsmisinə istinadən, şənbə günü ABŞ-ın Qeşm adası yaxınlığında iki balıqçı qayığına hücum etdiyini, iki balıqçının itkin düşdüyünü və birinin yaralandığını bildirib. Reuters-ə istinadən xəbər verir ki, ABŞ tərəfindən hücumla bağlı dərhal təsdiqlənm

31 oktyabr
.

Sikorski: Polşanı əvvəlki kimi parlamentin seçdiyi koalisiya hökuməti idarə edir

Polşa parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılmış koalisiya hökuməti tərəfindən idarə edilməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "X" sosial şəbəkəsində yazıb. "Varşavadakı Konstitusiya Tribunalında ötə

1 noyabr
.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

1 noyabr
.

İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib

İraqın təhlükəsizlik qüvvələri əhalinin və hərbiləşdirilmiş qruplaşmaların əlində olan silahlar üzərində dövlət nəzarətinin qurulması kampaniyası çərçivəsində təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edib. "Report" "Baghdad Today" portalına istinadən xəbər verir ki, bu barəd

1 noyabr