Polşada kütləvi atışmada şübhəli bilinən şəxsin öz ailə üzvlərini də öldürdüyü ehtimal olunur

Polşada kütləvi atışmada şübhəli bilinən şəxsin öz ailə üzvlərini də öldürdüyü ehtimal olunurPolşanın Krakov şəhərinin mərkəzində altı nəfərin ölümü və daha 15 nəfərin yaralanması ilə nəticələnən kütləvi atışmada şübhəli bilinən şəxsin hücumdan əvvəl öz ailəsinin üç üzvünü öldürdüyü ehtimal edilir.

"Report" "BILD"ə istinadən xəbər verir ki, bu barədə Polşa prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, 24 yaşlı Mixal O. öz valideynlərini və bacısını öldürmüş ola bilər. Onların meyitləri şübhəlinin evində aşkar edilib.

Bundan sonra kişinin avtomobillə Krakovun Baş bazar meydanına gəldiyi və AR-15 yarıavtomatik tüfəngindən yoldan keçənlərə atəş açdığı ehtimal olunur.

Zərərçəkənlər arasında Almaniya, Avstriya, Portuqaliya, Rusiya və Böyük Britaniya vətəndaşları var.

Şübhəli şəxs polislə atışmadan sonra saxlanılıb. O, yaralanıb və xəstəxanadadır. Onun avtomobilində əlavə silah və sursat aşkar edilib.

İlkin məlumatlara görə, atışma barədə məlumatdan üç dəqiqə sonra cavab atəşi açan iki polisin hərəkətləri sayəsində hücum edəni dayandırmaq mümkün olub.

Polşanın daxili işlər naziri Marçin Kervinski bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının operativ hərəkətləri qurbanların sayının daha çox olmasının qarşısını almağa imkan verib.

Polşanın Baş naziri Donald Tusk "X" sosial şəbəkəsində bildirib ki, polislər Yakub Kulik və Artur Moranski, ehtimal ki, bir çox insanın həyatını xilas ediblər. Onların hər ikisi ağır vəziyyətdədir və lazımi tibbi yardım alırlar.

Polşa DİN-in məlumatına görə, şübhəli şəxs radikal ifrat sağçı baxışlara tərəfdar olub.

Hakimiyyət orqanları həmçinin onun orduda ehtimal edilən xidməti barədə xəbərləri təkzib ediblər. Qeyd olunur ki, şayiələr hücumçunun geyindiyi hərbi formaya görə yaranıb.

Cinayətin motivləri müəyyənləşdirilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 244   Tarix: 08 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib

ABŞ-nin dövlət katibi Marko Rubio Dövlət Departamentinin yüksəkvəzifəli əməkdaşlarından öz səlahiyyətləri çərçivəsində hərəkət etməyi tələb edib və hökumətdəki əlaqələrindən asılı olmayaraq qeyri-etik davranışa görə işdən çıxarılmalarla bağlı xəbərdarlıq edib. "Report" xəbər verir ki, bu barəd

8 noyabr
.

Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq

Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn

9 noyabr
.

Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi

Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri

8 noyabr
.

Cüdoçu Riner Fransa prezidentliyinə namizədliyini irəli sürəcək

37 yaşlı fransız cüdoçu, 5 qat olimpiya çempionu Teddi Riner Fransa prezidentliyinə namizədliyini irəli sürəcək. xəbər verir ki, o bu barədə "Le Parisien" nəşrinə müsahibəsində bildirib. T.Riner deyib ki, bu, fransızları birləşdirmək məqsədi daşıyan diqqətlə düşünülmüş qərardır. "Ölkəmizdək

9 noyabr
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

8 noyabr
.

İzmirdə fabrikdə partlayış olub, ölənlər və yaralananlar var

İzmirdə fabrikdə baş verən partlayış nəticəsində 3 nəfər ölüb. Bu barədə İzmir Valiliyinin açıqlamasında bildirilib. Məlumata görə, partlayışda 14 nəfər yaralanıb. Dağıntılar altında qaldığı ehtimal edilən 10 nəfərin axtarışları davam etdirilir

9 noyabr
.

Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək

Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen Avropa İttifaqının Ukraynaya dəstək məqsədilə Əbu-Dabiyə nümayəndə heyəti göndərəcəyini təsdiqləyib. xəbər verir ki, bu barədə von der Leyenin mətbuat xidmətinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunlarına dair məlumatınd

9 noyabr
.

"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı

"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində "Nina" obrazını canlandıran Xalq artisti Natalya Varley Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib. Axşam.az xəbər verir ki, buna səbəb kimi onun Rusiyanın hərbi əməliyyatlarına və rusiyalı hərbçilərə dəstək verməsi, Rusiyanı

8 noyabr
.

Şahzadə Uilyam və Keytin formasında tort hazırladı

Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya

8 noyabr