Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir.
"Qafqazinfo" xəbər verir ki, Britaniyanın rəqəmsal, mədəniyyət, media və idman naziri Liza Nandi 16 yaşdan kiçik uşaqların "eBay", "Facebook Marketplace", "Vinted" və "Depop" kimi alış-veriş platformalarından istifadəsini məhdudlaşdırmaq üçün yeni təşəbbüslə çıxış edib.
Hökumət rəsmilərinin və hüquq müdafiəçilərinin qənaətinə görə, bu saytlardakı daxili çat və mesajlaşma bölmələri yad şəxslər tərəfindən uşaqların istismar edilməsi riskini artırır. Britaniyanın "The Children's Society" xeyriyyə təşkilatı bildirib ki, bəzi bədniyyətli istifadəçilər məhz bu platformalar üzərindən pul müqabilində uşaqlardan uyğunsuz fotolar tələb ediblər.
Hökumətdəki mənbələr 16 yaşdan kiçik uşaqların həmin platformalarda ciddi risklərlə üzləşdiyini təsdiqləyən çoxlu sübutların olduğunu və uşaqların internetdə qorunması üçün kompleks tədbirlərin görüldüyünü vurğulayırlar.
Xatırladaq ki, Britaniya hökuməti bu ilin iyun ayında 16 yaşdan kiçiklərin sosial mediadan istifadəsini qadağan edən qanun layihəsi üzərində işə başladığını elan edib.
Layihə çərçivəsində sosial media platformaları ilə yanaşı, oyun və canlı yayım tətbiqlərindəki mesajlaşma funksiyalarının məhdudlaşdırılması, uşaqların qadağaları aşmaq üçün istifadə etdiyi VPN xidmətlərinə çıxışın bloklanması nəzərdə tutulur.
Hökumət rəsmiləri sosial medianın uşaqların psixi sağlamlığına zərər vurduğunu, zorakılıq və təhlükəli məzmunların yayılmasını asanlaşdırdığını bildirirlər. Qanunvericilik aktının ilin sonunadək parlamentdən keçməsi və gələn ildən etibarən mərhələli şəkildə qüvvəyə minməsi planlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 117 Tarix: 09 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Paraqvay Mərkəzi Bankının keçmiş rəhbəri Karlos Karvalyo təxminən 3 milyon müştərinin hesablarının dondurulması ilə bağlı Ueno Bankı ilə bağlı istintaqla əlaqədar olaraq məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. "Report" xəbər verir ki, bu barədə "ABC Color" qəzeti məluma
8 noyabrABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
8 noyabrRusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
9 noyabrPaşinyan bu tarixdə Türkiyəyə gedəcək
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edərək Antalyada keçirilən COP31 İqlim Konfransı çərçivəsində liderlərin sammitində iştirak edəcək. xəbər verir ki, Paşinyan səfər planları barədə noyabrın 5-də məlumat yayıb. Ermənistanın baş nazirinə forumda iştirak etmək üçün dəvət
9 noyabrSüni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
Amerikalı alimlər adi üz fotosu əsasında onkoloji xəstələrdə ölüm riskini və sağqalma ehtimalını qiymətləndirə bilən süni intellekt sistemi hazırlayıblar. xarici KİV-ə istinadən xəbər verir ki, alimlər FAHR-FaceSurvival adlı eksperimental süni intellekt modeli yaradıblar. Bu sistem xəstənin üz fotosun
8 noyabrMerts G20 sammitində Putinlə danışacaqmı? - Özündən açıqlama
Almaniya kansleri Fridrix Merts dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən yayınmayacağını bildirib. Lakin Rusiya prezidentinin bu görüşdə iştirak edib-etməyəcəyi hələ məlum deyil. Bizim.Media xəbər verir ki, Merts bu barəd
9 noyabrAİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen Avropa İttifaqının Ukraynaya dəstək məqsədilə Əbu-Dabiyə nümayəndə heyəti göndərəcəyini təsdiqləyib. xəbər verir ki, bu barədə von der Leyenin mətbuat xidmətinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunlarına dair məlumatınd
9 noyabrKirill Budanov rus dilində danışdığına görə cərimə ödəyəcək
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Petropavlovskaya Borşaqovkada baş verən iğtişaşlar zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək. xəbər verir ki, bu barədə "RBK Ukrayna" dövlət dilinin mühafizəsi üzrə müvəkkil Yelena İvanovskayanın sosial şəbəkədəki paylaşımın
8 noyabr