Rusiyada yanacaq satışına yenidən məhdudiyyətlər qoyuldu
Ukraynanın neft emalı zavodlarına pilotsuz uçuş aparatları (PUA) ilə hücumları davam edərkən Rusiyanın müxtəlif bölgələrində benzin və dizel yanacağının satışına yenidən məhdudiyyətlər qoyulub.
Bizim.Media xəbər verir ki, Kareliya Respublikasının rəhbəri Artur Parfençikov sosial şəbəkə hesabında yaydığı açıqlamada Rusiyanın "Rosneft" neft şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində yanacaq satışının müvəqqəti məhdudlaşdırıldığını bildirib.
Parfençikovun sözlərinə görə, şəhərlərdə hər avtomobilə maksimum 30 litr, şəhərlərarası yollarda isə 50 litr benzin satılmasına icazə veriləcək. Dizel yanacağının satışı da 50 litrlə, ağır yük avtomobilləri üçün isə 200 litrlə məhdudlaşdırılıb.
O, kanistrlə yanacaq satışının da dayandırıldığını qeyd edib. Parfençikov bildirib ki, bu tədbirlər həddindən artıq tələbatın qarşısını almaq və yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin fasiləsiz davam etməsini təmin etmək məqsədilə həyata keçirilir.
Buryatiya Respublikası hökumətinin yaydığı açıqlamada da "Rosneft" yanacaqdoldurma məntəqələrində oxşar məhdudiyyətlərin tətbiqinə başlanıldığı bildirilib.
Zabaykalye diyarının İqtisadi İnkişaf Nazirliyi isə "Rosneft"in ölkə üzrə yanacaqdoldurma məntəqələrində satışa məhdudiyyətlər qoyduğunu açıqlayıb.
Rusiyanın Arxangelsk, Penza, Nijni Novqorod və Krasnoyarsk bölgələrində də yanacaq satışına məhdudiyyətlər tətbiq edildiyi barədə məlumatlar mətbuatda yayılıb.
Son dövrlərdə Ukraynanın Rusiyadakı neft emalı zavodlarına PUA hücumlarını artırmasından sonra ölkədə yanacaq təchizatı ilə bağlı problemlər yenidən gündəmə gəlib.
Rusiyada yay aylarında da oxşar problemlər yaşanıb. Hökumət daxili bazarda yanacaq təchizatını qorumaq məqsədilə benzin və dizel yanacağının ixracına məhdudiyyətlər tətbiq etmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 83 Tarix: 09 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Paraqvay Mərkəzi Bankının keçmiş rəhbəri Karlos Karvalyo təxminən 3 milyon müştərinin hesablarının dondurulması ilə bağlı Ueno Bankı ilə bağlı istintaqla əlaqədar olaraq məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. "Report" xəbər verir ki, bu barədə "ABC Color" qəzeti məluma
8 noyabrABŞ İrandan silah daşınmasının qarşısını almaq üçün əməliyyat qrupu yaradıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi üzərindən silah daşınmasının qarşısını almaq vəzifəsi daşınan xüsusi tapşırıq qrupunun yaradıldığını elan edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbək
8 noyabrRusiya Odessaya hücum edib, 3 nəfər ölüb
Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri
9 noyabrPaşinyan bu tarixdə Türkiyəyə gedəcək
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 11-də Türkiyəyə səfər edərək Antalyada keçirilən COP31 İqlim Konfransı çərçivəsində liderlərin sammitində iştirak edəcək. xəbər verir ki, Paşinyan səfər planları barədə noyabrın 5-də məlumat yayıb. Ermənistanın baş nazirinə forumda iştirak etmək üçün dəvət
9 noyabrSüni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
Amerikalı alimlər adi üz fotosu əsasında onkoloji xəstələrdə ölüm riskini və sağqalma ehtimalını qiymətləndirə bilən süni intellekt sistemi hazırlayıblar. xarici KİV-ə istinadən xəbər verir ki, alimlər FAHR-FaceSurvival adlı eksperimental süni intellekt modeli yaradıblar. Bu sistem xəstənin üz fotosun
8 noyabrMerts G20 sammitində Putinlə danışacaqmı? - Özündən açıqlama
Almaniya kansleri Fridrix Merts dekabr ayında Mayamidə keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən yayınmayacağını bildirib. Lakin Rusiya prezidentinin bu görüşdə iştirak edib-etməyəcəyi hələ məlum deyil. Bizim.Media xəbər verir ki, Merts bu barəd
9 noyabrAİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen Avropa İttifaqının Ukraynaya dəstək məqsədilə Əbu-Dabiyə nümayəndə heyəti göndərəcəyini təsdiqləyib. xəbər verir ki, bu barədə von der Leyenin mətbuat xidmətinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunlarına dair məlumatınd
9 noyabrKirill Budanov rus dilində danışdığına görə cərimə ödəyəcək
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Petropavlovskaya Borşaqovkada baş verən iğtişaşlar zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək. xəbər verir ki, bu barədə "RBK Ukrayna" dövlət dilinin mühafizəsi üzrə müvəkkil Yelena İvanovskayanın sosial şəbəkədəki paylaşımın
8 noyabr