Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırAvropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 22-ci mərhələsini tətbiq etməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, yeni məhdudiyyətlərin bank sektorunu, kriptovalyuta aktivlərini və Rusiyanın sözdə kölgə donanmasına daxil olan gəmiləri hədəf alacağı gözlənilir. Yeni sanksiyalar paketinin dekabr ayında yekunlaşdırılması planlaşdırılır.
Məlumata əsasən, hazırlanan paket Aİ üzvü olan ölkələrin Rusiyaya qarşı iqtisadi məhdudiyyətlərin genişləndirilməsi məsələsində hansı addımlara hazır olduğunu da nümayiş etdirir.
Belə ki, ilkin müzakirələrdə Rusiya gəmilərinə dəniz xidmətlərinin göstərilməsinin qadağan edilməsi nəzərdə tutulsa da, bu təklifin qəbul olunmayacağı bildirilir. Buna səbəb Yunanıstan, Malta və Kiprin sözügedən təşəbbüsə qarşı çıxmasıdır.
Bundan başqa, İrlandiyanın mövqeyinə görə, alüminium oksidinin də yeni sanksiyalar paketinə daxil edilməsi gözlənilmir.
Qeyd edək ki, alüminium oksidinin ticarətinə indiyədək məhdudiyyət qoyulmayıb. Bununla belə, Rusiyaya böyük həcmdə alüminium tədarükü ilə bağlı məlumatlar daha əvvəl İrlandiyada yüksək səviyyəli siyasi qalmaqala səbəb olmuşdu.
Beləliklə, yeni sanksiyalar paketində bank və kriptovalyuta sektoruna, eləcə də Rusiyanın kölgə donanmasına qarşı məhdudiyyətlərin yer alması gözlənilsə də, bəzi təkliflərin üzv ölkələrin etirazları səbəbindən gündəmdən çıxarıldığı bildirilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 87   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaponiya iqtisadiyyatı artmır

Yaponiyanın iqtisadi artım səviyyəsi 2026-cı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə demək olar ki, dəyişməyib. İnflyasiya, enerji qiymətlərinin bahalaşması, əlverişsiz hava şəraiti və zəlzələ iqtisadi artıma mənfi təsir göstərib. Euronews-un məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetini

16 noyabr
.

Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirdi - Ölən və yaralananlar var

Rusiya ordusu Ukraynaya qarşı hava hücumlarını davam etdirir. Son günlər həyata keçirilən raket və pilotsuz uçuş aparatı hücumları nəticəsində yaşayış binalarına, enerji obyektlərinə və mülki infrastruktura ciddi ziyan dəyib. Hücumlar ölkənin bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilələr

16 noyabr
.

Monqolustan Prezidenti istefa verəcəyini açıqladı

Monqolustan Prezidenti Uxnaagiin Xurelsux istefa vermək qərarına gəldiyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Bildirilib ki, Xurelsux 2021-ci il iyunun 25-dən bu vəzifəni icra edir. Onun istefasının səbəbləri və qərarın qüvvəyə minəcəyi tarix barədə əlav

17 noyabr
.

ABŞ-da raket havaya qalxarkən partladı - Anbaan video

ABŞ-da "United Launch Alliance" (ULA) şirkətinə məxsus "Vulcan Centaur" daşıyıcı raketi Kanaveral burnundan buraxıldıqdan təxminən 10 dəqiqə sonra qəzaya uğrayıb. Bizim.Media xəbər verir ki, nəticədə Amazon şirkətinin "Amazon Leo" internet peyklərinin 40-ı orbitə çıxarıl

16 noyabr
.

Bu ölkə də Rusiya ilə sərhədi bağlaya bilər

Litva regionda sabitliyi pozmağa yönəlmiş cəhdlər davam edərsə, Estoniya kimi Rusiya ilə sərhədi bağlamaq qərarı verə bilər. xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib. "Litva da belə qərarlar qəbul edə bilər. Lakin bütün amilləri, ilk növbədə, Kalininqrada tranzit ölkə olduğumuz

17 noyabr
.

"SpaceX" ilk dəfə kosmik gəmini havada tutub - Video

"SpaceX" şirkəti "Starship" kosmik gəmisinin yuxarı pilləsini Texas ştatındakı start meydançasına uğurla qaytarıb. Şirkət tarixində ilk dəfə orbitdən qayıdan yuxarı pillə start qülləsinin mexaniki qolları vasitəsilə tutulub. "The Guardian" nəşrinə istinadən xəbər verir ki

15 noyabr
.

Yeni koronavirus ştammı - əlamətlər hansılardır, niyə həyəcan təbili çalınır?

Dünyada PJ.2.1 koronavirus variantı yayılır. İnfeksiyaya yoluxma hallarının ABŞ, Kanada və bir sıra Avropa ölkələrində qeydə alındığı bildirilir. Mütəxəssislərin sözlərinə görə, bu ştamın yaratdığı əlamətlər adi soyuqdəymə və ya mövsümi qriplə oxşardır. Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər veri

15 noyabr
.

Respublikaçılar Rusiyaya qarşı mübarizə üçün 300 milyon dollar ayırmaq istəyirlər

ABŞ Senatının respublikaçıları 2027-ci ildə Rusiyanın təsirinə qarşı mübarizə məqsədilə 300 milyon dollar vəsait ayrılmasını təklif ediblər. xəbər verir ki, bu barədə məlumat yayıb. Təklif respublikaçıların nəzarətində olan Senatın Təxsisatlar Komitəsinin 2027-ci maliyyə ili üzrə Dövlət Departamentini

17 noyabr
.

Almaniya və Norveç Ukrayna üçün silah alışına 300 milyon dollar ayıracaq

Almaniya və Norveç Ukrayna üçün ABŞ silahlarının alınmasını nəzərdə tutan PURL təşəbbüsü çərçivəsində 300 milyon dollar məbləğində yeni silah paketini maliyyələşdirəcək. "Report"un Avropa bürosunun verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Aİ Müdafiə Şurasını

17 noyabr