İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMABildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artıq İsrail İran ilə bağlı hücum planı, yəni cavab əməliyyatı hazırlayır. Lakin bunun tam olaraq nə vaxt baş verəcəyi hələ də tam olaraq məlum deyil. Bu gün də mətbuatda İsrailin İrana raket hücumu etdiyi ilə bağlı məlumatlar yayıldı. Lakin qarşı tərəf bunu rədd etdi və nüvə obyektlərini hədəf almadığını bildirib. Bəs hücumların intensiv olaraq davam etməsi iki ölkə arasında müharibəyə çevrilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildriib ki, İran və İsrailin bir başa quru sərhədləri olmadığından bu iki ölkə bir-birinə raket və dronlarla hücum edir:

" Ötən gecə İsrail İrana "məhdud" hava hücumu ilə zərbələr endirdi. Deyilənə görə İranın İsfahan şəhərində yerləşən hərbi bazaya və hava limanına zərbələr endirilib. İranda saat 11-ə qədər daxili uçuşlar dayandırılıb. Bu o deməkdir ki, İsrailin zərbələri İrana tutarlı olub. İran və İsrail arasında müharibə onsuzda davam edir. Bunu İran birbaşa deyil, Hizbullah, Həmas, Husi və s. kimi proksi qüvvələrlə həyata keçirir. Düşünürəm ki, İran-İsrail müharibəsinin başlaması məsələsi bir qədər indiki şərait üçün real deyil. Çünki müharibə İran və İsrail arasında var. Bu istər Suriya, istər İraq, istərsə də Qəzza zolağında olsun. İran-İsrail müharibəsi gedir. Eyni zamanda iki ölkə arasında qarşılıqlı raket hücumları onu sübut etdi ki, bu müharibə heç vaxt dayanmayıb. Uzun müddətdir davam edir və bütün bunlar İran-İsrail münasibətlərinin göstəricisidir".

Xatırladaq ki, İsrail ABŞ-yə İranın nüvə obyektlərini hədəf almadığını bildirib. Baş verən partlayışlar həftə sonu İranın hücumlarına İsrailin cavabıdır. İsrailin zərbələri "məhdud" xarakter daşıyır və mülki və nüvə obyektlərini yox, İranın hərbi obyektlərini hədəf alıb. Bununla yanaşı, İsfahan, Şiraz və Tehran şəhərləri üzərində uçuşlar dayandırılıb

Sevda Səfərova


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1607   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan polisi Azərbaycanla şərti sərhəddə əməliyyat keçirib: Çox sayda saxlanılan var

Bu gün səhər saatlarından etibarən Ermənistanın Tavuş rayonunun Kirants kəndində etirazçılar yolu bağlayıblar. Məlumatı Ermənistan Daxili İşlər Nazirliyi yayıb. Hadisədən qısa müddət sonra hadisə yerinə polislər cəlb olunublar. Aparılan əməliyyat nəticəsində 31 nəfər saxlanılaraq Tavuş Rayon Polis Bölməsin

2 may
.

"Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - Ekspert

İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliye

2 may
.

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

3 may saat 00:00-dan səhər saat 06:00-dək Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci km-də (Buzovna qəsəbəsi ərazisində "Rahat" marketin qarşısı) yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrini

2 may
.

Kəlbəcərin Baş planı təsdiqləndi

"Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarda göstərilib ki, Baş planın hazırlanmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınıb

2 may
.

"Azərbaycanda bir şəxsə aid olan ayrı-ayrı şirkətlər eyni tenderdə iştirak edir" - AÇIQLAMA

Tender bu gün ölkəmizdə ən çox aktual olan mövzulardan biridir. Belə ki, tender bir çox şirkətlər arasında uyğun şərtlərə cavab verən bir işin və ya malın verilməsidir. Bu konsepsiya ümumiyyətlə özəl sektorun dövlət işlərini əldə etmək üçün istifadə etdiyi bir üsuldur. Tender sistemi bütün demokrati

2 may
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

2 may
.

Sürücülər üçün VACİB AÇIQLAMA : İyulun 1-dən bu avtomobillər taksi kimi fəaliyyət göstərə biləcək

Nazirlər Kabinetinin qərarı ilə taksi minik avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır. Bu qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Eyni zamanda buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Bu isə öz növbəsində nə qədər insanın taksi kimi fəaliyyət göstərməməs

2 may
.

Bakının bu rayonunda qaz olmayacaq

Bu gün Bakının Yasamal rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Yasamal rayonu, Dadaş Bünyadzadə və Əsəd Əhmədov küçələrində yeni çəkilmiş qaz xəttinin mövcu

2 may
.

Nazir idarə rəisini işdən çıxardı

Ədliyyə Nazirliyinin informasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb. Sözügedən idarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur

2 may