Koronavirusa qarşı ümumi immunitetin yaranması üçün karantin rejimi vaxtından əvvəl bitəcək? - AÇIQLAMA

Koronavirusa qarşı ümumi immunitetin yaranması üçün karantin rejimi vaxtından əvvəl bitəcək? - AÇIQLAMAXəbər verdiyimiz kimi Azərbaycanda ümumi karantin rejimi avqustun 1-nə kimi uzadılıb. Hazırda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəli sərt karantin rejimi elan edilib. Sərt karantin rejimi elan edilməsinə baxmayaraq gündəlik yoluxanların sayı 590-a qədər yüksəldi. Qeyd edək ki, Belarus müəyyən qaydaları saxlamaqla karantin rejiminin ləğv edilməsi ilə bağlı qəra qəbul etmişdi. Belarusun Səhiyyə nazirliyi bildirib ki, son günlərin göstəricisi 500 nəfərdən azdır. Azərbaycanda koronavirusa qarşı ümumi immunitetin yaranması üçün karantin rejimi vaxtından əvvəl bitə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, bir çox dövlətlərdə qoyulan qaydalara kütləvi şəkildə əməl edənlərin sayı etməyənlərdən çoxdur:

"Bizdə isə qaydalara əməl etməyənlərin sayı daha çox idi. Azərbaycanda karantin rejimi may ayında xeyli yumşaldı. İmkan yaradıldı ki, insanlar özlərini tənzimləsinlər. Amma insanlar qoruyucu tibii maskadan istifadə etmədən ticarət mərkəzlərinə daxil olur, avtobuslara minir. Bizdə koronavirusun daha çox yayıldığı ocaq Bakı şəhəridir.
Bilirsiniz ki, Bakı təkcə mərkəzdən ibarət olan şəhər deyil. Bakının hər tərəfinə polis postunun qoyulması mümkün deyil. İnsanlar bu qədər həngamədən sonra normal yas mərasimi keçirmək istəmir. Yenə də yas mərasimlərinə 50 nəfəri yığdılar. Prosesi tənzimləmək mümkün olmadı. İnsanlarımız qohumlarının gəlişini saatla tənzimləyə bilərdi. Anlayıram, kimsə o ailəni ziyarət etməlidir.

Evlərində yoluxan insanları təcili tibii yardım gəlib apara bilir. Maska taxmayan insanlara qarşı cərimələr tədbiq edilib. Yəqin ki, o cərimələr də sərtləşdiriləcək. Söhbət burada vətəndaşın pulunu almaqdan getmir. Cərimələrin sərtləşdirilməsinə insanlar etiraz edir, bildirirlər ki, imkanları yoxdur. İmkanın yoxdursa, qaydalara əməl et. Sənə görə niyə qaydalara əməl edən insanlar xəstəliyə yoluxmalıdır? Ona görə də Belarusda tədbiq edilən qaydaların bizdə müsbət nəticə verəcəyini güman etmirəm. Bəlkə orada prezident tam arxayın idi ki, insanlar qaydalara tam əməl edəcək. Biz də yumşalmalar oldu. Nəticə nə oldu? Hamı yaxın məsafədə, ağız-ağıza oldu. İnsanlarımız məsafə saxlamadan ünsiyyət qoyur. Gün ərzində yüzlərlə belə insanla qarşılaşıram. Gəlir, əlini uzadır. Elə bil 5 ay keçib. Ona görə heç bir şeyin əhəmiyyəti yoxdur. Sual verirəm ki, niyə əlini uzadırsan. Deyir nə olacaq ki, onsuz koronavirus yoxdur. Cəmiyyətdə həmin bu inanmayanlar problem yaradır. Bu gün o inanmayan insanlar qorxudan inanmağa başlayır.

Təəssüf ki, bizdə maarifçilik işləri də zəif təşkil edildi. Bu sahənin mütəxəssislərini ortaya çıxarıb normal şəkildə maarifləndirmə işləri aparılmadı. Bu peşə ilə əlaqəsi olmayan insanların öndə olduğunu biz müşahidə etdik. Bu yetərli deyil. İnsanlara düzgün tövsiyələr verilməlidir. Savadlı alimlər bu işlərə cəlb edilməli idi. Bizdə yoxdursa, Türkiyədən dəvət etmək olardı. Onlar Azərbaycan həkimləri ilə televiziyalara və mətbuata çıxsınlar. İnsanlar fərqli platformada müzakirələr dinləyəndə təhlükəni daha yaxşı anlaya bilir. Bu məsələni təkcə polisin üzərinə qoymaq düzgün deyil. Çünki polis nəzarəti ilə olmaz. Vətəndaş məsuliyyəti və sağla yanaşması olmasa vəziyyət heç də xoşa gələn istiqamətdə getməyəcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7810   Tarix: 26 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 29 %-a yaxın artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 664,958 milyon manat​​​​​ vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur. Hesabat dövründə xarici investisiyaları

13 dekabr
.

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

Gələn il yanvarın 9-da dövlət mülkiyyətinə keçirilmiş malların satışı üzrə növbəti gömrük hərracı təşkil olunacaq. Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca müxtəlif kateqoriyalar üzrə dövlət mülkiyyətinə keçirilmiş mallar çıxarılacaq. Onların arasında avtomobil ehtiyat hissələri

13 dekabr
.

Türkiyə Prezidenti: Əhatəli bir konstitusiya hazırlamaq niyyətindəyik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm sivil, həm azadlıqyönümlü, həm də əhatəli bir konstitusiya hazırlamaq niyyətində olduqlarını bəyan edib. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkmənistan səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında R.T.Ərdoğan bildiri

13 dekabr
.

"Express Lounge" qeydiyyatsız işləyirmiş... - Fotolar

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 202A ünvanında yerləşən, fiziki şəxs Ağayev Fərid Qabil oğluna məxsus "Express Lounge" ictimai iaşə obyektində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, baxı

15 dekabr
.

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

"Mövcud hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında qar yağışı müşahidə olunur. Ayrı-ayrı ərazilərdə temperaturun aşağı düşməsi yolların hərəkət hissəsində sürüşkənliyin və buzlaşma ehtimalının artmasına səbəb ola bilər". xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyini

14 dekabr
.

XƏBƏRDARLIQ: Sabahın havası bu insanlar üçün əlverişsizdir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, dekabrın 15-də Abşeron yarımadasında yağıntılı və küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir

14 dekabr
.

Göygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı

Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb. "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov əmrlər imzalayıb. Əmrlərə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsini

15 dekabr
.

Nazirlikdən dəm qazı ilə bağlı əhaliyə - Müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırır. Nəzərə alınmalıdır ki, qaz cihazlarından istifad

15 dekabr
.

Vəfat edən şəxsin pensiyası ilə bağlı vacib məqamlar

Həyat yoldaşı vəfat etmiş biri dünyasını dəyişən şəxsin pensiyasını ala bilməsi üçün özü pensiya yaşına çatmalıdır. xəbər verir ki, bunu vəkil Cəfər Cəfərli deyib. Bildirib ki, bundan əlavə, vəfat edən şəxsin ən azı 25 il sığorta stajı olmalıdır:. "Yəni, vəfat etmiş şəxsin 25 il sığorta stajı olduğ

13 dekabr