"2026-cı il Azərbaycanda böhranın başlanğıcı olacaq"- iqtisadçı NATİQ CƏFƏRLİ
Hər il ölkədə minimum əmək haqqı artsada, bu il heç bir artım olmadı. Ölkədə ərzaq qiymətləri sözün əsl mənasında hər gün artır. Bir müddət bundan əvvəl ictimai nəqliyyatda qiymət artımı baş verdi. Hökümət artıq yanvar ayından kommunal xidmətlərin artacağını anons edib. Bütün bunların fonunda isə maaş və pensiyalar yerində sayır. Yəni 2026-cı ilə sürətli bahalaşma ilə giririk. Bəs artan qiymətlər fonunda heç olmasa 2026-cı il ərzində maaşlarda artım ola bilərmi? Ümumiyyətlə 2026-cı ildə əhalinin gəlir və xərcləri necə olacaq? İqtisadi proqnozlar nələrdir?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, ölkədə 2026-cı ilin böhranın başlanğıcı olacağı görünür. Onun sözlərinə görə, ölkədə ümum daxili məhsul çox zəif artır: "Bu ilin ilk 8 ayında ÜDM cəmi 0,8-0,9% artmışdır. İlin sonunda isə artım 1,6% olacaq. Yəni bu rəqəm çox azdır. MDB məkanda ən az artım məhz Azərbaycanda olmuşdur. Bundan başqa ölkədə insanların maaş artımı 8%-dir. Amma ərzaq inflyasiyası artıq 6,8%-dir.
Yəni obrazlı desək, ərzaq inflyasiyası insanların gəlirlərini yeyir bitirir. Gələn ilin büdcə artımı cəmi 0,7% olacaq. Yəni bu ən az göstəricidir. Yəni bu deməkdir ki, yavaş-yavaş iqtisadiyyatda yəni makro göstəricilərdə problemlərin dərinləşdiyinin şahidi oluruq. İdxal ixrac əməliyyatlarına baxanda görürük ki, müsbət saldo kəskin şəkildə azalır. Müsbət saldo aldığımız məhsul və satdığımız məhsul arasında fərqi göstərir. Əvvəllər bu göstərici çox yüksək idi.
Yəni 8-10 milyard arasında fərq yaranırdı. Yəni biz daha çox məhsul satırdıq. İndi isə bu fərq 1,4-1,5 milyarda düşüb. Yəni biz xaricdən daha çox məhsul alırıq. Bu o deməkdir ki, yerli istehsalımız zəifdir. Satdığımız məhsulun isə həcmi kəskin şəkildə azalıb. Bundan başqa neftin qiyməti sürətlə aşağı düşür. Bütün bunlar gələn illə bağlı ümumi mənzərənin heçdə yaxşı olmadığını göstərir. Yəni makro iqtisadi məsələlərə baxanda görünür ki, böhranın ayaq səsləri hiss olunur. Yəni biz 2026-cı ildə iqtisadi probemlərin dərinləşdiyini, vergilərin və cərəmələrin artdığını, insanların real gəlirlərinin azaldığını görəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan nefti kəskin ucuzlaşdı
Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini
20 iyul 2021Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı
2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd
20 iyul 2021Azərbaycanda problemli kreditlər artıb
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb
25 avqust 2021Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib
2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr
9 may 2021Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA
Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il
6 may 2021İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub
17 iyul 2021Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA
2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb
17 may 2021