İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır
İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir.
Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib.
Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətində sənaye sektoru və tikinti materiallarının istehsalı üzrə yetərincə potensial mövcuddur. Azərbaycanın azad olunmuş ərazilərində quruculuq işlərində Şərqi Azərbaycan vilayətinin şirkətləri iştirak edə bilərlər. İran şirkətləri bu ərazilərdə quruculuq işlərinin həyata keçirilməsinə maraq göstərirlər.
Cahangiri əlavə edib ki, Azərbaycanda baş tutan görüşlərdə müzakirə olunan məsələlərdən biri azad olunan ərazilərin yaxınlığında tikinti materialları bazarının yaradılmasıdır. Belə ki, bu bazar vasitəsi ilə daşıma xərclərinin minimuma enəcəyi hesab edilir. Təbii ki, həm Azərbaycan tərəfi, həm də İran tərəfi bununla əlaqədar araşdırmalar aparacaqlar.
İranlı rəsmi deyib ki, bölgədə yaranan yeni reallıqdan sonra İran iş adamları, eləcə də Azərbaycan iş adamları qarşılıqlı imkanların yarandığını bilirlər və bu çərçivədə əlaqələri inkişaf etdirmək niyyətindədirlər.
Cahangiri bildirib ki, bundan başqa İranın sənaye məhsullarının noyabr ayında Bakıda keçiriləcək sərgidə nümayiş etdirilməsi ilə bağlı işlər aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"HB Güvən Klinik" 150 min manat borca düşdü
"HB Güvən Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət qarşısı külli miqdarda borcu aranıb. "Yurd.Media"ya istinadla xəbər verir ki, "HB Güvən Klinik" MMC-nin vergi borcu 149 min manatı ötüb. Qeyd edək ki, "HB Güvən" klinikası 2018-ci ildən fəaliyyət göstərir
11 noyabrYeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMA
Yeni il bayramı yaxınlaşdıqca ərzaq məhsullarına tələbatın artması bazarda qiymət dəyişikliklərini gündəmə gətirir. Pomidor, xiyar kimi mövsümi məhsulların istehsalında istixana xərcləri, ət və balıq məhsullarında idxal və logistika amilləri, qoz-fındıq və digər ərzaqlara artan tələbat qiymətlərə təsi
13 noyabrQızıl bahalaşdı
Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli
30 oktyabrAzərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb
Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını
2 noyabrAzərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq
Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-c
4 noyabrAzərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 13 milyard 123,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 1,6 %
13 noyabr