Yeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMA
Yeni il bayramı yaxınlaşdıqca ərzaq məhsullarına tələbatın artması bazarda qiymət dəyişikliklərini gündəmə gətirir. Pomidor, xiyar kimi mövsümi məhsulların istehsalında istixana xərcləri, ət və balıq məhsullarında idxal və logistika amilləri, qoz-fındıq və digər ərzaqlara artan tələbat qiymətlərə təsir göstərə bilər. Bayramqabağı bəzi satıcıların qiymətləri əsassız artırması ehtimalı isə bazara nəzarət və istehlakçı hüquqlarının qorunması məsələsini aktuallaşdırır.
Bəs, bu il Yeni il ərəfəsində ərzaq məhsullarının qiymətində hansı dəyişikliklər gözlənilir? İstixana xərcləri, idxaldan asılılıq və logistika qiymət artımına nə dərəcədə təsir edir? Süni bahalaşmanın qarşısını almaq üçün hansı nəzarət tədbirləri görülməli və bu il Yeni il süfrəsi ötən illə müqayisədə daha baha başa gələ bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, tələbatın artması, bir qayda olaraq, qiymətlərə yüksəldici təsir göstərir. Ancaq qoz-fındığa tələbatın niyə artmalı olduğunu düşünmək lazımdır.
"Adətən bu məhsullara tələbat mart ayında, Novruz bayramı ərəfəsində yüksəlir. Çünki qoz-fındıq bayram süfrəsinin əsas məhsullarından biridir. Buna görə də yanvar ayında qoz-fındığa tələbatın artacağını gözləmirəm.
Digər tərəfdən, pomidor və xiyarın mövsümü artıq başa çatıb. Bu məhsullar hazırda bazara əsasən anbarlardan və istixanalardan gətirilir. Hava soyuq olduğuna görə pomidor artıq açıq sahələrdə yetişdirilmir. Nəticədə bazara daha baha başa gələn məhsul çıxarılır.
Tələbatın yüksəlməsi qiymətlərə artırıcı təsir göstərən amildir. Lakin qiymətin həqiqətən artıb-artmayacağı təklifin vəziyyətindən asılıdır. Yəni təkcə tələbatın artması qiymət artımına səbəb olmur. Əgər təklif sabit qalır və ya azalırsa, tələbatın artması qiymətləri yüksəldir. Ümumilikdə, təklifin vəziyyətini dəyişməz götürsək, tələbatın artması qiymətə təsir edən əsas amillərdən biridir.
Ancaq pomidor və xiyarın bahalaşmasını Yeni illə əlaqələndirmək düzgün deyil. Məsələn, mən kənddə bir ay əvvəl xiyarı 99 qəpiyə, 1 manat 10 qəpiyə alırdımsa, ötən cümə axşamı qiyməti artıq 4 manat idi. Bunun Yeni il və ya digər bayramlarla əlaqəsi yoxdur. Bu məhsulların qiyməti mövsümi səbəblərdən artır. Ən yüksək qiymətlər isə adətən fevral-mart aylarında müşahidə olunur. Həmin dövrdə bazara əsasən istixanalarda yetişdirilən və anbarlarda saxlanılan məhsullar çıxarılır.
İstənilən halda, tərəvəzlərin qiyməti tədricən bahalaşacaq. Yanvar ayında Yeni il şənliklərinin keçirilməsinin bu prosesə birbaşa aidiyyəti yoxdur. Bahalaşmanın əsas səbəbi istixana istehsalının daha baha başa gəlməsi və bu məhsulların bazara çıxmasıdır.
İstixanaların fəaliyyət xərcləri isə müəyyən dərəcədə idxaldan asılıdır. İstixana istehsalı olmasa, qış aylarında məhsul yetişdirmək mümkün deyil. Buna görə də istixanalardan asılılıq qaçılmazdır. Burada pomidorun idxaldan asılılığından deyil, istixana istehsalının xərclərindən danışmaq lazımdır.
Bundan başqa, pomidor kimi ticarətə yararlı məhsulların qiyməti təkcə yerli bazarda formalaşmır, dünya bazarındakı qiymətlərdən də asılı olur. Məsələn, pomidor Moskvada bahadırsa, Azərbaycanda da onun qiymətinə təsir göstərə bilər. Çünki fermer məhsulunu daha yüksək qiymətə başqa bazara sata bilirsə, onu Bakıda daha ucuz qiymətə satmaqda maraqlı olmur. Məsələn, məhsulunu Moskvaya 5 manata sata bilən fermerin Bakıya 4 manata satması iqtisadi baxımdan sərfəli deyil. Bu baxımdan ticarət məhsulları üzrə bazarlar bir-biri ilə sıx əlaqəlidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
"Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar
Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto
Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər
Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib
Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb
Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti
MİQ-dən keçə bilməyənlər repetitorluq edir: Şagirdlərin təhsil keyfiyyətinə kim nəzarət edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi
Avropa Siyasi Birliyinin sammiti yeni geosiyasi reallıqlar fonunda: Azərbaycanın artan strateji çəkisi və diplomatik imkanları