Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQBakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 15-i gündüzdən 16-sı axşamadək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında, Hacıqabul, Xızı, Qusar, Neftçala, Ağstafa, Qazax, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Salyan,Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

*** 14:57

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Sonxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun isə ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Noyabrın 15-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi gözlənilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 492   Tarix: 13 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

MİQ-dən keçə bilməyənlər repetitorluq edir: Şagirdlərin təhsil keyfiyyətinə kim nəzarət edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Son illər təhsil sahəsində müzakirə doğuran məsələlərdən biri də müəllimlərin işə qəbulu imtahanından keçə bilməyən şəxslərin müxtəlif hazırlıq kurslarında repetitor kimi fəaliyyət göstərməsidir. Belə ki, dövlət ümumi təhsil müəssisələrində müəllim kimi çalışmaq üçün tələb olunan imtahan nəticəsini əld

13 noyabr
.

Paytaxtda qışa hazırlıqla bağlı müşavirələr keçirilir - Fotolar

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına uyğun olaraq paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. xəbər verir ki

13 noyabr
.

Vəfat edən rəisin yerinə müavini gətirildi (FOTO)

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Sadıxov Əlisultan Sənan oğlu gətirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyə

12 noyabr
.

İşə qəbulda 30 yaş məhdudiyyəti, pensiyada 65 yaş - Vətəndaş 35 il necə dolanmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əmək bazarında işə qəbul zamanı yaş amili yenidən müzakirə mövzusuna çevrilir. İstər dövlət, istərsə də özəl sektorda bir çox vakansiyalarda 18-30 yaş aralığında namizədlərə üstünlük verilməsi daha yaşlı işaxtaranların məşğulluq imkanlarını məhdudlaşdırır. Halbuki ölkədə pensiya yaşı 6

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr
.

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzr

13 noyabr
.

Ölkədə bir şagirdə 1700 manat xərclənir

"Ölkədə bir şagirdə düşən xərc orta hesabla 1700 manatdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasını

13 noyabr
.

"Qızıl Qaya" restoranın kababında təhlükəli bakteriya aşkarlandı (FOTO)

Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında aparılan yoxlamalar zamanı bir sıra mikrobioloji uyğunsuzluqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, restoranda zəhərlənmə şübhəsi ilə bağl

13 noyabr
.

Ev sahibi vəfat edib, ev kimə məxsus olacaq? - Hüquqi prosedurlar necə aparılır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Ev sahibinin vəfat etməsi ailə üzvləri və yaxınları üçün yalnız mənəvi itki deyil, həm də əmlakın gələcək taleyi ilə bağlı hüquqi məsələlər yaradır. Belə hallarda evin kimə məxsus olacağı, vərəsələr arasında necə bölüşdürüləcəyi və mülkiyyət hüququnun rəsmiləşdirilməsi məsələləri gündəmə gəlir. Bəzə

13 noyabr