Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto
Azərbaycan Dəmir Yollarının (ADY) fəaliyyəti ilə bağlı sərnişinlərin narazılığı artmaqdadır. Sosial şəbəkələrdə paylaşılan şikayətlərdə xüsusilə biletlərin əlçatan olmaması, uzunmüddətli səfərlər zamanı sərnişinlərə adi çay və suyun belə təqdim edilməməsi diqqət çəkir. Bununla yanaşı, biletlərin tur şirkətlərinə satılması ilə bağlı iddialar da səsləndirilir.
Tribuna.az xəbər verir ki, vətəndaşlar sosial şəbəkələrdə ADY-nin xidmət səviyyəsindən narazılıqlarını ifadə ediblər.
Vüqar Quliyev Bakı-Tbilisi marşrutu üzrə 10-11 saat davam edən səfər zamanı sərnişinlərə bir stəkan çayın belə pulsuz təqdim edilməməsindən narazılıq edib. O bildirib ki, qatarda çay satılır və qiymətlər 3 manatdan başlayır. Sərnişin bununla yanaşı, biletlərin satışında da ciddi sualların yarandığını vurğulayıb:
"Bu qədər satış edirsiniz, qatar boş getmir. Yəni bir çay vermək olmaz? Bunu da qoyaq bir kənara, biletləri hansı yollarla satırsınız, nə edirsiniz, bu qədər bilet hər gün yoxa çıxır? Yəni bu quruma nəzarət edən yoxdur?".
Digər vətəndaş Alvin Rzayev isə yay aylarında Tbilisiyə səfəri zamanı bir vaqonun demək olar ki, bütövlükdə eyni tur qrupunun üzvlərindən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, hətta həmin vaqonda tur rəhbəri də olub.
Bu paylaşım fonunda biletlərin fərdi sərnişinlər üçün əlçatanlığı və tur şirkətlərinin bilet satışında hansısa üstünlüyə malik olub-olmaması ilə bağlı suallar yaranır.
Tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva da ADY-nin xidmətləri ilə bağlı narazılığını qısa şəkildə ifadə edib. O, sosial şəbəkədə ADY ilə bağlı yazılan fikirlərə "Ora biabırçılıqdı" sözləri ilə reaksiya verib.
Sərnişinlərin şikayətləri ADY-də xidmət keyfiyyəti, bilet satışının şəffaflığı və uzunmüddətli səfərlər zamanı sərnişinlərə göstərilən xidmətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirir.
Qeyd olunan iddialarla bağlı Azərbaycan Dəmir Yollarının mövqeyini öyrənməyə hazırıq.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 275 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrTeymur Musayevə yeni vəzifə verildi
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. "Qafqazinfo" xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev təyin olunub. Qeyd edək ki, bu təyinatadək Nazirlə
12 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrSabah Azərbaycanda 16 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
11 noyabrLənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr
12 noyabr