"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi
Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb.
Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonra isə baş tibb bacısı vəzifəsində çalışdığı müəyyən edilib.
Məhkəmə materiallarına əsasən, D.Bünyadzadə küçəsi 1, ev 56 ünvanında yerləşən klinikada Mirhüseynova Namilə Sahib qızı 2019-cu ildən 2026-cı ilədək tibb bacısı və baş tibb bacısı vəzifələrində işləyib. Lakin onun sertifikasiya şəhadətnaməsi yalnız laborant ixtisası üzrə olub.
Yoxlama zamanı bu hal qanun pozuntusu kimi qiymətləndirilib. Araşdırma nəticəsində müəyyən edilib ki, klinikanın rəhbərliyi Namilə Mirhüseynovanın laborant ixtisası üzrə sertifikatının olduğunu bilsə də, onun baş tibb bacısı kimi fəaliyyət göstərməsinə şərait yaradıb.
Klinikanın direktoru və təsisçisi izahatında Namilə Mirhüseynovanın ixtisasını bildiyini və onun baş tibb bacısı vəzifəsində çalışmasına icazə verdiyini təsdiqləyib. Bununla belə, laborant sertifikatı olan şəxsin tibb bacısı kimi fəaliyyət göstərməsinə hüquq verən hər hansı sənəd təqdim edilməyib.
Bakı şəhəri Yasamal Rayon Məhkəməsi "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-ni İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilərək 6000 manat cərimələyib. Şirkətin direktoru barəsində isə 800 manat cərimə tətbiq edilib.
MMC-nin vəkili qərardan apellyasiya şikayəti verərək cərimələrin ləğvini və iş üzrə icraata xitam verilməsini istəyib. Müdafiə tərəfi Namilə Mirhüseynovanın konkret olaraq hansı tibbi fəaliyyətləri həyata keçirdiyinin və bu fəaliyyətlərin hansı ixtisas sertifikatını tələb etdiyinin məhkəmə qərarında kifayət qədər əsaslandırılmadığını bildirib.
Lakin Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb. Beləliklə, klinikanı idarə edən MMC-yə və direktoruna tətbiq edilmiş ümumilikdə 6800 manat cərimə qüvvədə qalıb.
Qeyd edək ki, "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-nin direktoru və qanuni təmsilçisi Afaq Məcidovadır.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi
Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi