Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, ölkə üzrə 3 745 məktəbdə ingilis, 233 məktəbdə alman, 344 məktəbdə isə fransız dili tədris edilir. Xüsusilə əmək bazarında ingilis dilinə olan tələbatın artdığı bir dövrdə məktəblərdə xarici dil seçiminin gələcəkdə gənclərin iş imkanlarına təsiri diqqət çəkir.

İngilis dilini məktəb illərindən kifayət qədər öyrənmək imkanı olmayan şagirdlər ali təhsil, beynəlxalq layihələr və işə qəbul prosesində rəqabət baxımından çətinliklərlə üzləşə bilərlər. Bu isə xarici dil tədrisində regionlar üzrə imkanların və seçimlərin nə dərəcədə bərabər olduğunu gündəmə gətirir.
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Əlmusa Atamaliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, ölkəmizin bir sıra bölgələrində fəaliyyət göstərən məktəblərdə xarici dil kimi ingilis və rus dilləri ilə yanaşı, fransız və alman dilləri də tədris olunur. İlk baxışdan bu, şagirdlərin fərqli xarici dilləri öyrənməsi baxımından müsbət haldır. Lakin burada diqqət yetirilməli olan əsas məsələ məktəbdə bu xarici dillərdən yalnız birinin tədris olunması şagirdlərin seçim imkanının olmamasıdır. Nəzərə almaq lazımdır ki, bu gün əmək bazarında, xüsusilə beynəlxalq şirkətlərdə, özəl sektorda, eləcə də müxtəlif xidmət sahələrində ingilis dilinə tələbat kifayət qədər yüksəkdir. Rus dili də ölkəmizdə bir sıra sahələrdə iş imkanları baxımından əhəmiyyətini qoruyur. Belə olan halda məktəbdə fransız və ya alman dili öyrənən şagird ali təhsil müəssisəsinə qəbul zamanı ingilis və ya rus dilini seçmək zərurəti ilə qarşılaşdıqda müəyyən çətinliklər yaşayır.

Burada əsas problem şagirdin məktəbdə öyrəndiyi dilin özü deyil, həmin dil üzrə qazandığı biliklərin gələcək təhsil və əmək bazarının tələbləri ilə uzlaşmamasıdır. Şagird universitetə daxil olduqdan sonra faktiki olaraq yeni bir xarici dili sıfırdan öyrənməyə məcbur qala bilər. Bu isə onun əlavə vaxt və maliyyə vəsaiti sərf etməsinə, bəzi hallarda isə digər tələbələrlə müqayisədə dil bilikləri baxımından geridə qalmasına səbəb olur. Digər tərəfdən, biz xarici dil seçimini yalnız ingilis və rus dilləri ilə məhdudlaşdırmağın da tərəfdarı olmamalıyıq. Alman və fransız dilləri də beynəlxalq təhsil, elm, diplomatiya və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Əsas məsələ şagirdə seçim imkanı yaratmaq və onun öyrəndiyi dil üzrə biliklərini davam etdirməsinə şərait formalaşdırmaqdır.

Mən hesab edirəm ki, bu istiqamətdə təhsil siyasətində daha çevik yanaşmaya ehtiyac var. Bölgələrdəki məktəblərdə xarici dil seçimi şagirdlərin gələcək təhsil planları, universitetlərdəki imkanlar və əmək bazarının real tələbləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Eyni zamanda, şagirdlərə imkan daxilində ən azı iki xarici dil öyrənmək şəraiti yaradılmalıdır. Şagirdə bu gün hansı dili öyrətdiyimiz onun sabah hansı qapıları aça biləcəyini müəyyən edir. Təhsil sistemi yalnız şagirdi məktəbi bitirməyə deyil, onu gələcəyin əmək bazarına hazırlamağa xidmət etməlidir. Çünki dil bilmək bir üstünlükdür, doğru dili doğru zamanda öyrənmək isə gələcəyə qoyulan sərmayədir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 258   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

Sabah Azərbaycanda 16 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin noyabrın 12-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

11 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir

"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini

11 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr