Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir".
"Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyinm müzakirəsi zamanı bildirib.
"Layihə müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanan əmək müqavilələri, habelə həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üçün saatlıq əməkhaqqı tətbiqini nəzərdə tutur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşından yüksək müəyyən edilməsi təklif olunur.
Bu sistemin tətbiq olunacağı fəaliyyət sahələri Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. İlkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin əhatə olunması nəzərdə tutulur.
Təklif olunan dəyişiklik minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq", - nazir müavini qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI