2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA2027-ci ildə pensiyaların 7,5 faiz artırılması nəzərdə tutulur. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Gələn il əmək pensiyalarının orta aylıq məbləğinin 639-640 manata çatacağı gözlənilir. Bununla belə, pensiyaların nominal artımı onların real alıcılıq qabiliyyətinin də eyni səviyyədə yüksələcəyi anlamına gəlmir. Belə ki, 2027-ci il üçün orta illik inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır.

Ərzaq məhsullarının, kommunal xidmətlərin, dərmanların və digər gündəlik tələbat mallarının qiymətləri fonunda pensiyaların nəzərdə tutulan indeksləşdirilməsinin yaşlı insanların sosial rifahına nə dərəcədə təsir edəcəyi sual doğurur. Maraqlıdır, 7,5 faizlik artım pensiyaçıların real alıcılıq qabiliyyətini qorumaq üçün kifayət edəcəkmi?
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, pensiyaların 7,5 faiz artırılması müəyyən mənada pensiyaçıların gəlirlərinin qorunmasına kömək edəcək. Lakin bu artımın onların real alıcılıq qabiliyyətini tam qoruyacağını demək çətindir. Çünki pensiyaçılar əsasən ərzaq, dərman və kommunal xidmətlərə daha çox vəsait xərcləyirlər. Bu məhsul və xidmətlərin qiymət artımı isə ümumi inflyasiya göstəricisindən yüksək ola bilər. Məsələn, pensiya 600 manatdırsa, 7,5 faizlik artım onun üzərinə cəmi 45 manat əlavə edir.

Əgər həmin dövrdə ərzaq və dərman xərcləri daha sürətlə bahalaşarsa, pensiyaçı nominal olaraq daha çox pul alsa da, əvvəlki həcmdə məhsul və xidmət əldə edə bilməyəcək. Digər tərəfdən, orta pensiyanın 639-640 manata çatması bütün pensiyaçıların bu məbləğdə pensiya alacağı demək deyil. Buna görə də indeksləşdirmə ilə yanaşı, xüsusilə aşağı pensiya alan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi də vacibdir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 962   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk lirəsi tarixi minimuma düşdü

Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib

2 noyabr
.

Bankda yüksək faizli depozit açanların nəzərinə - VACİB XƏBƏRDARLIQ

Azərbaycanda dolların alqı-satqısı üzrə bankların müəyyən etdiyi məzənnələr və alış-satış qiymətləri arasındakı fərq vətəndaşların valyuta seçimlərinə birbaşa təsir edən amillərdəndir. Məzənnə fərqinin formalaşmasında bankların valyuta siyasəti, bazardakı tələb və təklif, eləcə də əməliyyat xərclər

29 oktyabr
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31 oktyabr
.

Azərbaycanın daxili dövlət borcu 5 %-ə yaxın azalıb

Bu il oktyabrın 1-nə Azərbaycanın daxili dövlət borcu 16 milyard 230,1 milyon manat təşkil edib. "Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 4,8 % azdır. Hesabat tarixinə daxili dövlət borcu ÜDM-in 11,8 %-ni təşkil edib

28 oktyabr
.

Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib

Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə

29 oktyabr
.

"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib

Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu

2 noyabr
.

Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb

3 noyabr
.

Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. "APA-Economics" xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti isə 15,8

10 noyabr
.

Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını

2 noyabr