Bankda yüksək faizli depozit açanların nəzərinə - VACİB XƏBƏRDARLIQ

Bankda yüksək faizli depozit açanların nəzərinə - VACİB XƏBƏRDARLIQAzərbaycanda dolların alqı-satqısı üzrə bankların müəyyən etdiyi məzənnələr və alış-satış qiymətləri arasındakı fərq vətəndaşların valyuta seçimlərinə birbaşa təsir edən amillərdəndir. Məzənnə fərqinin formalaşmasında bankların valyuta siyasəti, bazardakı tələb və təklif, eləcə də əməliyyat xərcləri rol oynaya bilər. Eyni zamanda, yığımlarını qorumaq istəyən vətəndaşlar manat və dollar arasında seçim edərkən inflyasiyanı, gəlirliliyi və valyuta risklərini nəzərə almalıdırlar.

Bəs, Azərbaycanda bankların dolların alış və satış məzənnələri arasında fərq nədən yaranır və bu, vətəndaşların dollar alışına necə təsir göstərir? İnsanlar yığımlarını manatla, yoxsa dollarla saxlamağa qərar verərkən hansı iqtisadi göstəriciləri və riskləri nəzərə almalıdırlar?
Bankda yüksək faizli depozit açanların nəzərinə - VACİB XƏBƏRDARLIQMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən bank eksperti Emin Kərimov bildirib ki, vətəndaşlar depozit yerləşdirərkən ilk növbədə seçdikləri bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olub-olmadığını öyrənməlidirlər.

"Daha sonra yerləşdirdikləri əmanətin fondun sığorta təminatı şərtlərinə uyğun olub-olmadığına diqqət yetirməlidirlər. Manat və xarici valyutada olan əmanətlər üzrə qorunan faiz dərəcələri fərqlənir. Buna görə də vətəndaşlar depozit yerləşdirərkən müvafiq faiz hədlərini nəzərə almalıdırlar. Bəzi hallarda cəlbedici reklamların təsiri ilə daha yüksək faiz təklif edən depozitlərə üstünlük verilir. Lakin həmin faiz dərəcəsi fondun müəyyən etdiyi şərtlərdən kənardadırsa, əmanət sığorta təminatına düşməyə bilər. Bank bağlandıqda və ya lisenziyası ləğv edildikdə, belə vəsaitin geri qaytarılmaması və itirilməsi riski yaranır. Son illərdə manatla yerləşdirilən depozitlərə marağın daha çox olduğu müşahidə edilir. Bununla belə, dəqiq statistik rəqəmlər olmadan konkret göstərici söyləmək mümkün deyil".

Ekspert bildirib ki, dolların məzənnəsi uzun müddətdir sabit qaldığından, bazarda tələb və təklif arasında da sabitlik formalaşıb:

"Əvvəlki illərdə dollar alışına daha kəskin tələbat olduğu halda, hazırda vəziyyət nisbətən stabilləşib və əhali manatla əməliyyatlara daha çox üstünlük verir. Bununla belə, sahibkarlıq, xarici ticarət və digər biznes sahələrində xarici valyutaya ehtiyac qalmaqdadır. Əhalinin dollar alışına əvvəlki dövrlərlə müqayisədə marağının azalması da bazarda tələb və təklifin daha sabit vəziyyətə gəlməsinə təsir göstərir. Ümumilikdə, depozit yerləşdirərkən iki əsas məqama diqqət yetirmək lazımdır: bankın Əmanətlərin Sığortalanması Fondunun üzvü olması və əmanət üzrə faiz dərəcəsinin fondun sığorta şərtlərinə uyğunluğu".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 707   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 05

28 oktyabr
.

Qızıl bazarında son vəziyyət

2026-cı il noyabrın 4-nə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 670,1795 manat, 1 qramı isə 214,45 manat təşkil edir. Əyyarlara və mənşəyinə görə 1 qram qızılın qiyməti isə 99 əyyar (təmiz qızıl) - 214,45 manat, 750 əyyar (İtalyan qızılı) - 161,0

4 noyabr
.

Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb

3 noyabr
.

Mərkəzi Bankın valyuta ehtiyatları 15,4 mlrd. dolları ötüb

Bu il oktyabrın sonuna Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 milyard 430,4 milyon ABŞ dolları təşkil edib. Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrın sonu ilə müqayisədə 67 milyon dollar və ya 0,44% çoxdur. Ötən ilin oktyabr ayının sonu ilə müqayisədə isə ehtiyatlar 4 milyar

3 noyabr
.

Azərbaycanda son 6 ildə qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq

Azərbaycanda 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-c

4 noyabr
.

Azərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər

29 oktyabr
.

Brent qiyməti bir barel üçün 111 dollara yüksəldi

Yaxın Şərqdən tədarük və ABŞ-da ehtiyatların azalması ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri bu səhər əhəmiyyətli dərəcədə yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 2,21 dollar (2,03%) çox

22 oktyabr
.

Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas

29 oktyabr
.

Ölkə bazarında qızılın son qiymətləri açıqlandı

Ölkə bazarında 2026-cı il 21 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, bu günə olan göstəricilərə əsasən, qızılın bir unsiyası 7044.50 manat, 1 qramı isə 226.49 manat təşkil edir. Müxtəlif əyyarlı qızıl növlərinin 1 qramının qiyməti təmiz qızıl (99 əyyar

21 oktyabr