Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMAQızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 000 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşması yenidən sürətlənəcək, yoxsa qiymətlərdə eniş müşahidə olunacaq?

Dünya iqtisadiyyatındakı proseslər, dolların məzənnəsi və mərkəzi bankların qızıl alışları bazara necə təsir göstərəcək?
Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, qızılın qiymətinin bahalaşmasının davam edib-etməyəcəyi bir neçə əsas amildən asılıdır. İlk növbədə, dünya iqtisadiyyatında qeyri-müəyyənlik, geosiyasi gərginliklər, ABŞ dollarının məzənnəsi, faiz dərəcələri və mərkəzi bankların qızıl alışları qiymətə ciddi təsir göstərir. İnvestorlar risklərin artdığı dövrlərdə vəsaitlərinin bir hissəsini qızıla yönəltdikləri üçün bu metal ənənəvi olaraq qoruyucu investisiya vasitəsi hesab olunur. Lakin son məlumatlar göstərir ki, qızılın qiymətində artım fasiləsiz deyil. Reuters-in 27 oktyabr 2026-cı il tarixli sorğusuna əsasən, analitiklər 2026-cı il üçün orta qiymət proqnozunu bir troya unsiyası üzrə 4 495 dollara endirsələr də, 2027-ci ildə 4 650 dollara yüksələcəyini gözləyirlər.

Mənim fikrimcə, orta və uzun müddətli perspektivdə qızılın bahalaşması üçün əsaslar qalır. Mərkəzi bankların qızıl ehtiyatlarını artırması, geosiyasi risklər və dövlət borcları ilə bağlı narahatlıqlar qiymətə dəstək verə bilər. Ancaq ABŞ-da faizlərin yüksək qalması və dolların möhkəmlənməsi qiymət artımını ləngidə, hətta müvəqqəti ucuzlaşmaya səbəb ola bilər.

Buna görə qızılın qiymətinin mütləq artacağını söyləmək düzgün olmaz. Qızılı uzunmüddətli yığım vasitəsi kimi alanlar üçün yanaşma ilə qısa müddətdə qiymət fərqindən qazanc əldə etmək istəyənlərin yanaşması fərqli olmalıdır. Xüsusilə qiymət rekord səviyyələrə yaxın olduqda bütün vəsaiti birdəfəyə qızıla yatırmaq risklidir. Qızıl almağı düşünənlər üçün alışları mərhələli etmək və ehtiyat vəsait saxlamaq daha ehtiyatlı yanaşmadır.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 200   Tarix: 29 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir

16 may 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021