Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən Sonxeber.az-a verilən məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 11 milyard 957,6 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 7564,7 milyon dollarını və ya 63,3 faizini ölkədən ixrac olunmuş məhsulların, 4392,9 milyon dollarını (36,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 3171,8 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 21,3 faiz artmış, real ifadədə isə 10,2 faiz, o cümlədən idxal 13,4 faiz, ixrac 7,8 faiz azalmışdır.

2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,8 faiz, real ifadədə 11,9 faiz artaraq 907,6 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 36,8 faizini İtaliyaya, 16,3 faizini Türkiyəyə, hər biri 4,7 faiz olmaqla Hindistan və Gürcüstana, 4,6 faizini İspaniyaya, 3,9 faizini Rusiyaya, 3,7 faizini İsrailə, hər biri 2,6 faiz olmaqla Ukrayna, Portuqaliya və Tunisə, 2,4 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Tailanda, 1,7 faizini Belarusa, 1,6 faizini Çinə, 1,2 faizini İsveçrəyə, 7,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,8 faiz), Türkiyəyə (28,1 faiz), İsveçrəyə (10,0 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,2 faiz), Çinə (1,9 faiz), Ukraynaya (1,6 faiz), Türkmənistana (1,6 faiz), Qazaxıstana (1,2 faiz), Özbəkistana (1,2 faiz), Birləşmiş Krallığa (1,0 faiz), Belçikaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 15,0 faizi Türkiyə, 12,7 faizi Çin, 6,6 faizi Almaniya, 4,4 faizi ABŞ, 4,0 faizi Ukrayna, hər biri 3,5 faiz olmaqla İran və İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, 1,2 faizi Belarus, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1367   Tarix: 20 iyul 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xarici ticarət iştirakçılarının sayı 30%-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 41 708 xarici ticarət iştirakçısı olub. Bu barədə -a Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,65% azdır. O cümlədən, son 1 ildə xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 36,2% azalaraq 3

21 oktyabr
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,02 dollar azalaraq 4005,47 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 1,14 dollar azalaraq 53,21 dollara bərabər olub

27 oktyabr
.

Brent qiyməti bir barel üçün 111 dollara yüksəldi

Yaxın Şərqdən tədarük və ABŞ-da ehtiyatların azalması ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri bu səhər əhəmiyyətli dərəcədə yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 2,21 dollar (2,03%) çox

22 oktyabr
.

Azərbaycanda qızılın son qiymətləri açıqlandı

Azərbaycan zərgərlik bazarında qızılın 2026-cı il oktyabrın 19-na olan qiymətləri bəlli olub. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7 096.64 manat, 1 qram təmiz qızılın qiyməti isə 228.16 manat təşkil edib. Qiymətlər əyyar və mənşəyə görə fərqlənir. Belə ki, 99 əyyarlıq təmi

19 oktyabr
.

Bitkoinin qiyməti azaldı

Bitkoinin qiyməti son 24 saatda 1,8% azalaraq 81,8 min ABŞ dollarına bərabər olub. xəbər verir ki, bu barədə "Binance" platforması məlumat yayıb. "Ethereum"un dəyəri isə son sutkada 1,9% azalaraq 2 403 dollar təşkil edib

22 oktyabr
.

Azərbaycanda yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında 1698,8 min ton süd, 1810,7 milyon ədəd yumurta, 14,1 min ton yun, 155,8 ton barama istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Agentliyi məlumat yayıb. 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə yumurta istehsalı 1,2 faiz artıb, yun istehsal

21 oktyabr
.

Azərbaycanda əmanətlərin sığortalanması qaydaları dəyişir - Yeni mexanizm hazırlanır - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda bank əmanətlərinin sığortalanması mexanizminin dəyişdirilməsi nəzərdə tutulur. Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə oktyabrın 15-də bildirib ki, qorunan əmanətlər üzrə maksimal faiz həddinin bazardakı depozit faizlərinə uyğun olaraq dinamik müəyyənləşdirilməsi üçü

16 oktyabr
.

Azərbaycan Koreya ilə aviasiya sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan ilə Cənubi Koreya aviasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, Bakının regional aviasiya habı kimi artan rolunu, həmçinin iki ölkənin aviaşirkətlərinin hava gəmiləri parkının və marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində planlarını müzakirə edib. xəbər verir ki, bu barəd

20 oktyabr
.

Qızılın qiyməti rekorda çatdı

Ölkə bazarında 2026-cı 26 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7044.50 AZN, 1 qram təmiz qızılın qiyməti isə 226.49 manat təşkil edib. Pərakəndə satışda 750 əyarlı İtalyan qızılının qramı 170.03 manat, 585 əyyarlı Türk qızıl

26 oktyabr