Ağların rəngini bərpa edən yuma üsulu: Yuyucu toza ehtiyac yoxdur

Ağların rəngini bərpa edən yuma üsulu: Yuyucu toza ehtiyac yoxdurAğ paltarlar zaman keçdikcə bozara, sarala və əvvəlki parlaqlığını itirə bilər. Çoxları bu problemi həll etmək üçün kəskin qoxulu və parçalara zərər verə bilən yuyucu toza müraciət edir. Lakin həm sağlamlığı, həm də parçanı qoruyan, üstəlik daha ekoloji olan təbii üsullarla da mükəmməl nəticə əldə etmək mümkündür. Evdə olan sadə məhsullarla ağ paltarlarınızı yenidən qar kimi parlaq hala gətirə bilərsiniz.

Milli.Az xəbər verir ki, təbii təmizlikdə ən çox istifadə olunan vasitələrdən biri olan ağ sirkə, paltarların üzərində toplanan mineral qalıqları və deterjan izlərini aradan qaldırmaqda çox təsirlidir. Bir litr ilıq suya bir çay stəkanı ağ sirkə əlavə edərək hazırladığınız məhlulda bozarmış və saralmış paltarları bir gecə islatmaq kifayətdir. Sirkənin turşulu quruluşu kiri parçalayır və kumaşın rəngini canlandırır. Ertəsi gün paltarları adi deterjanla yumaqla mükəmməl nəticə əldə olunur. Sirkə həm də parçanı yumşaldır və pis qoxuları aradan qaldırır.

Limonun tərkibindəki sitrik turşu güclü təbii ağardıcı təsirə malikdir. Bir qədər təzə limon suyunu yuma suyuna əlavə edərək və ya birbaşa maşının yuyucu toz gözünə tökərək yuma prosesinə başlaya bilərsiniz. Bu üsulun ən vacib hissəsi isə yuma sonrası gəlir: limonla yuyulan ağ paltarları mütləq günəş altında qurudun. Günəşin UV şüaları limon suyunun ağardıcı təsirini gücləndirir, saralmış və ya bozarmış ləkələri təbii şəkildə açaraq paltarların qar kimi ağ görünməsini təmin edir.

Təbii təmizliyin ən faydalı məhsullarından biri olan soda yuyucu tozun təsirini artıraraq paltarların daha yaxşı təmizlənməsini təmin edir. Soda suyun sərtliyini azaldır və parça liflərinə hopmuş kirin daha asan çıxmasına kömək edir. Hər yuma zamanı yuyucu toza yarım çay stəkanı soda əlavə etmək və ya birbaşa maşının içinə tökmək, ağ paltarların uzun müddət bozarmasının qarşısını alır. Bununla yanaşı, soda maşın içindəki qalıqları da təmizləyərək daha gigiyenik yuma mühiti yaradır.

Təbii vasitələrlə həm sağlamlığınızı qoruyub, həm də ağ paltarlarınızı ilk günkü kimi parlaq saxlamaq mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3753   Tarix: 06 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr