Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb.
"Qafqazinfo" xəbər verir ki, Dartmut Kolleci ilə Briqem və Qadın Xəstəxanasının tədqiqatçıları bu nadir hadisəni elmi şəkildə araşdırıblar.
Araşdırmanın nəticələri nüfuzlu "Cortex" elmi jurnalında dərc olunub.
Karl adlı xəstədə bu hal iki ildir davam edir. O, beyin qanamasına səbəb ola biləcək damar patologiyasını (arteriovenoz malformasiya) aradan qaldırmaq üçün əməliyyat olunduqdan sonra bu simptomları yaşamağa başlayıb. Əməliyyat zamanı üz tanıma prosesinə cavabdeh olan beynin sağ gicgah payının bir hissəsi çıxarılıb.
Mütəxəssislər bildirirlər ki, bir neçə saat davam edən bu epizodlar zamanı pişiyin üz cizgiləri insan sifətinə süni şəkildə əlavə olunmuş kimi deyil, baxış bucağı və məsafə dəyişdikcə təbii şəkildə üzə inteqrasiya olunmuş halda görünür. Tibb elmində üz qavrayışının bu cür təhrif olunması prosopometamorfopsiya və palinopsiya (əvvəl görülmüş obyektin və ya üzün yenidən görünməsi) kimi tanınır.
Dartmut Kollecinin beyin alimi və psixoloqu Bred Düşeyn xəstənin zehnində yaranan təsvirləri dəqiq anlamaq üçün süni intellekt alətlərindən istifadə edib. Karlın təsvirləri əsasında süni intellekt vasitəsilə hazırlanan vizual görüntülər bu nadir xəstəliyin diaqnostikası və araşdırılması baxımından mühüm addım hesab olunur.
Tədqiqatda qeyd olunur ki, elm tarixində buna bənzər hadisə 1986-cı ildə də baş verib. Həmin vaxt beyin insultu keçirmiş 58 yaşlı qadın avtobusda sərnişinlərdən birinin itinə baxdıqdan sonra ətrafdakı bütün insanları it başlı görməyə başlamışdı. Alimlər vurğulayırlar ki, heyvan cizgilərinin əşyalarda deyil, məhz insan üzlərində görünməsi beynin insan sifətini digər vizual məlumatlardan tamamilə fərqli mexanizmlə emal etdiyini sübut edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 64 Tarix: 17 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrMətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabrÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabr5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
8 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabr