Azərbaycanda oktyabrda nağdsız ödənişlərin 88 %-i elektron ticarətin payına düşüb
Bu ilin oktyabr ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq – 8 milyard 825 milyon manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bunun 7 milyard 776 milyon manatı (88,1 %-i) elektron ticarətin payına düşüb.
Ödənişlərin 1 milyard 45 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların məbləği kart əməliyyatlarının həcminin 67,5 %-ni təşkil edib.
Noyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 21 milyon 701 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,6 % çox, ilin əvvəli ilə müqayisədə 9,1 %, ötən ilin eyni dövrünə nisbətən 13,3 % çoxdur.
Son 1 ildə ölkədə debet kartlarının sayı 15,7 % artaraq 19,590 milyon, kredit kartlarının sayı isə 5,2 % azalaraq 2,111 milyon olub. Oktyabrda bu kartlar üzrə dövriyyənin məbləği müvafiq olaraq 12,539 milyard manat (illik müqayisədə 16,3 % çox) və 745 milyon manat (9,4 % az) təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 8,1 %, POS-terminalların sayı isə 60,4 % artaraq müvafiq olaraq 3 516 ədəd (Bakı üzrə 1 894 ədəd) və 172 908 ədəd (Bakı üzrə 107 000 ədəd) təşkil edib.
Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə nəhəngləri Azərbaycan bankları ilə də əməkdaşlıq edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb
Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav
9 sentyabrQızılın qiyməti avqustun əvvəlindən bəri ən aşağı səviyyəyə düşdü
Qızılın qiyməti neft qiymətlərinin kəskin artması fonunda düşüb və bu da ABŞ-da inflyasiyanın sürətlənməsi və pul siyasətinin sərtləşdirilməsi ilə bağlı narahatlıqları artırıb. xəbər verir ki, Comex-də dekabr ayı üçün qiymətli metalın fyuçersləri 0,9% azalaraq unsiyası üçün 4356,6 dollara düşüb ki, b
2 sentyabrAzərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 3,8 milyard ABŞ dolları və yaxud 33 % artaraq tarixi maksimuma - 15 milyard 301,3 milyon ABŞ dollarına çatıb. bu barədə AMB-yə istinadən xəbər verir. "Tədiyə balansının cari əməliyyat balansında profisitin və maliyy
7 sentyabrAzərbaycanda 8 ayda xarici vətəndaşlara 6 milyon manatdan çox ƏDV qaytarılıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçılara dövlət büdcəsindən 139 milyon 829,14 min manat ƏDV geri qaytarılıb. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, geri qaytarılan ƏDV pərakəndə ticarət və iaşə fəaliyyət
8 sentyabrBrent neftinin qiyməti bir qədər aşağı düşdü
Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3
10 sentyabrÜzüm şərabı ehtiyatı artıb
Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki
14 sentyabrNorveç şirkəti Azərbaycanın hidrogen strategiyası ilə bağlı tədqiqat aparır
Azərbaycan hazırda Milli Hidrogen Strategiyasının həyata keçirilməsi planının hazırlanması ilə məşğuldur. xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Fuad Müştaqov "Azərbaycanda infrastrukturun inkişafı, elektromobilli
3 sentyabrİranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?
İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər
11 sentyabr