Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQMarketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbəb ola bilər. Xüsusilə, qablaşdırmada göstərilən çəki ilə məhsulun faktiki çəkisi arasında fərqin olması alıcı hüquqları və marketlərə olan etimad baxımından ciddi suallar yaradır.

Bəs, marketlərdə tətbiq olunan endirim və təqdimat üsulları istehlakçıların seçimlərinə necə təsir edir? Qablaşdırmada göstərilən çəki ilə faktiki çəkinin fərqlənməsi hansı hüquqi nəticələrə səbəb ola bilər və marketlər müştəri etimadını qorumaq üçün hansı prinsiplərə əməl etməlidirlər?
Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Korporativ Kommunikasiya üzrə ekspert Səfər Aslanov bildirib ki, marketlərdə endirim kampaniyaları, diqqətçəkən qiymət etiketləri və məhsulların xüsusi yerləşdirilməsi müasir marketinqin standart alətləridir.

"Bu üsullar düzgün tətbiq edildikdə istehlakçıya seçim imkanı yaradır, alış prosesini asanlaşdırır və satışları stimullaşdırır. Lakin marketinqin məqsədi müştərinin qərarını manipulyasiya etmək deyil, onun qərarına təsir edən məlumatları daha aydın və əlçatan etmək olmalıdır. Ancaq unutmamaq lazımdır ki, Endirim müştərini cəlb edə bilər, etimadı isə şəffaflıq qoruyur. Böyük şriftlə göstərilən endirim faizi, əvvəlki qiymətin süni şəkildə qabardılması, məhsulun real dəyərini əks etdirməyən müqayisələr və vahid çəkiyə düşən qiymətin gizli qalması istehlakçıda məhsulun daha sərfəli olması təəssüratını yarada bilər. Əvvəlki qiymət yüksək göstərildikdə yeni qiymət daha sərfəli görünməsi, "son fürsət", "yalnız bu gün" kimi ismarıclar və diqqətçəkən etiketlər məhsulun qiymətini ön plana çıxararaq onun çəkisi, keyfiyyəti və vahid qiyməti kimi digər vacib məlumatları ikinci plana keçirən yanaşma istehlakçı qərarlarını yönləndirə bilir.
Qablaşmada göstərilən çəki ilə faktiki çəki arasındakı fərq sadəcə istehlakçı narazılığı deyil. Fərqin real, təkrarlanan və ya sistemli olması halında məsələ istehlakçı hüquqları, məhsulun uyğunluğu, satış etikasının qorunması və brend reputasiyası müstəvisinə keçir. İstehlakçı məhsulu alarkən yalnız onun görünüşünə və qiymətinə deyil, qablaşdırmada göstərilən çəkiyə də etibar edir. Məsələn, 500 qram kimi təqdim edilən məhsulun faktiki xalis çəkisi 450 qramdırsa, istehlakçı gözlədiyindən 10% az məhsul almış olur. Eyni qiymət müqabilində onun hər kiloqrama düşən faktiki xərci də təxminən 11,1% artır".

Ekspert bildirib ki, qablaşdırmada göstərilən nominal çəki ilə faktiki çəki arasındakı hər fərq avtomatik olaraq qəsdən aldatma demək deyil:

"Ölçmə xətaları, istehsal prosesinin xüsusiyyətləri və qanunvericilikdə nəzərdə tutulan yol verilən kənarlaşmalar ayrıca qiymətləndirilməlidir. Lakin normativ tələblərin pozulması və ya istehlakçının bilərəkdən yanlış məlumatlandırılması ciddi məsələdir.
Digər tərəfdən, məhsulun istehsalçısı ilə marketin məsuliyyəti də eyniləşdirilməməlidir. Market qablaşdırılmış məhsulu satırsa, onun faktiki çəkisinin yaranmasına həmişə birbaşa nəzarət etmir. Bununla belə, məhsulun təqdimatı, qiymət məlumatlarının düzgünlüyü, təchizatçıların seçilməsi və aşkar uyğunsuzluqlara reaksiyası satış şəbəkəsinin etibarlılığına birbaşa təsir edir. Marketinq yalnız bugünkü satış göstəricisi ilə ölçülməməlidir. Müştərinin bir dəfə daha çox məhsul alması ilə onun həmin marketə növbəti dəfə də etibar edərək qayıtması fərqli nəticələrdir. Şəffaflıq, dürüst qiymət siyasəti, müqaisə edil bilən qiymətlər, keyfiyyətə nəzarət sistemi, operati v vədalətli reaksiyanın verilməsi və etimdın ölçülməsi prinsipi ilə hərəkət edən şirkətlər istehlakçının seçim səbətində ən üst sırada yerləşdirlər. Şəffaf olmayan satış siyasəti qısamüddətli gəlir yarada bilər. Lakin istehlakçı uyğunsuzluğu aşkar etdikdə narazılıq sosial şəbəkələrdə yayıla, media gündəminə çevrilə və ayrı-ayrı məhsullarla bağlı problem bütövlükdə satış şəbəkəsinin reputasiyasına zərər vura bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 720   Tarix: 27 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Razi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilə

27 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26 oktyabr
.

Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...

"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi

26 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Bakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu

Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is

27 oktyabr
.

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar

27 oktyabr
.

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi

26 oktyabr