Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI

Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDIAzərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnun tanınması isə əlavə prosedurlar tələb edə bilər. Belə əmlakların hansı hallarda qanuniləşdirilməsinin mümkün olduğu, bunun üçün hansı sənədlərin tələb edildiyi və prosesin hansı qaydada həyata keçirildiyi mühüm əhəmiyyət daşıyır.

Bəs, çıxarışı olmayan ev və torpaq sahələrinin mülkiyyət hüququnu rəsmiləşdirmək üçün hansı hüquqi yollar mövcuddur, bunun üçün hansı sənədlər tələb olunur və hansı hallarda əmlakın sənədləşdirilməsi mümkün olmaya bilər?
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDIMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak eksperti Fərid Cəfərli bildirib ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi vətəndaşların hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

"Azərbaycanda uzun illərdir istifadə edilən, lakin dövlət reyestrindən çıxarışı olmayan evlər və torpaq sahələri ilə bağlı problemlər hələ də aktualdır. Bu vəziyyətin əsas səbəbləri arasında sovet dövründən qalmış sənədlər, arxiv məlumatlarının natamamlığı, tikinti sənədlərinin olmaması, vərəsəlik məsələlərinin rəsmiləşdirilməməsi və bələdiyyə qərarları əsasında əldə edilmiş torpaqlarla bağlı hüquqi problemlər yer alır. Çıxarışın olmaması əmlak üzərində hüququn ümumiyyətlə mövcud olmadığını göstərmədiyi kimi, evdə uzun müddət yaşamaq və ya torpaqdan istifadə etmək də mülkiyyət hüququnu öz-özlüyündə təsdiqləmir. Buna görə də hər bir əmlakın hüquqi vəziyyəti və mövcud sənədlərin qanunvericiliyə uyğunluğu fərdi qaydada araşdırılmalıdır".

Ekspert bildirib ki, vətəndaşın əlində torpaq ayrılması haqqında qərar, texniki pasport, arxiv arayışı, əvvəlki qeydiyyat sənədi və ya vərəsəlik sənədi ola bilər. Lakin bu sənədlərin mövcudluğu avtomatik olaraq çıxarış almaq hüququ yaratmır:

"Onların hüquqi qüvvəsi və konkret əmlaka aidiyyəti yoxlanılmalıdır. Çıxarış almaq üçün ilk növbədə torpaq sahəsinin hansı əsasla ayrıldığı, tikintinin qanuniliyi, torpağın təyinatı və qeydiyyata mane olan hallar müəyyənləşdirilməlidir. Bundan sonra müvafiq dövlət qurumuna müraciət edilərək hüququn qeydiyyata alınmasının mümkünlüyü qiymətləndirilməlidir. Texniki pasport əmlakın sahəsini və digər texniki göstəricilərini əks etdirsə də, öz-özlüyündə mülkiyyət hüququnu təsdiqləmir. Eyni zamanda, bələdiyyə qərarı və torpaqla bağlı digər sənədlər də yalnız qanunvericiliyin tələblərinə uyğun olduqda hüquqların rəsmiləşdirilməsi üçün əsas sayıla bilər".

Onun sözlərinə görə, torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması həmin ərazidəki evin də avtomatik qeydiyyatı demək deyil:

"Evin tikintisinin qanuniliyi, tələb olunan sənədlər və texniki göstəricilər ayrıca araşdırılır. Hüquqi çatışmazlıqlar olduqda onların qanuni qaydada aradan qaldırılmasının mümkünlüyü müəyyən edilməlidir. Vətəndaşlara tövsiyə olunur ki, əllərindəki köhnə sənədləri qorusun, torpağın hüquqi statusunu dəqiqləşdirsin və çıxarış almaq üçün müraciət etməzdən əvvəl əmlakın sənədlərini hərtərəfli araşdırsınlar".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 213   Tarix: 26 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

25 oktyabr
.

Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?

21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb. -a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkan

26 oktyabr
.

"Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb

Kriminal aləmdə "Piter Elçin" ləqəbi ilə tanınan Elçin İsmayılovun qardaşı Fariz İsmayılovu öldürməkdə təqsirləndirilən Murad Quluzadənin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. -a istinadla xəbər verir ki, Ali Məhkəmədə keçirilən son iclasda qərar ela

26 oktyabr
.

Xəzər suyunun duzsuzlaşdırılmasına 70 milyon dollar ayıra bilər

Asiya İnkişaf Bankı (AİB) Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bu barədə Bankın məlumatında bildirilir. Layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini, tikintisini, maliyyələşdirilməsini, istismarın

26 oktyabr
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

25 oktyabr
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

25 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr
.

Bakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat

24 oktyabr