Confetti Baku-da müştərilərə qarşı zorakılıq iddiası: restoran rəhbərliyi niyə susur?
21 oktyabr 2026-cı il, saat 22:30 radələrində Bakıda fəaliyyət göstərən "Confetti Baku" restoranında müştərilərə qarşı zorakılıq törədilməsi ilə bağlı ciddi iddia ortaya çıxıb.
Serhed.Az-a daxil olan məlumata görə, bir neçə gün əvvəl restoranla əlaqə saxlayaraq masa rezerv edən iki xanım həmin gün məkana gələrək rezerv etdikləri masalardan birində əyləşiblər.
İddiaya görə, bir müddət sonra hostes kimi çalışan qadın masaya yaxınlaşaraq həmin masanın depozitlə olduğunu bildirib. Müştərilər isə rezervasiya zamanı onlara masanın depozitli olması barədə məlumat verilmədiyini deyərək narazılıqlarını ifadə ediblər.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
Məlumata görə, hostes müştərilərə kobud şəkildə "oturursunuz belə, oturmursunuzsa durun, çıxın gedin" məzmununda ifadələr işlədib.
Bununla kifayətlənməyən mübahisənin daha sonra administratorun yanına qədər getdiyi, xanımların vəziyyətlə bağlı şikayətlərini bildirdiyi vaxt hostesin arxadan yaxınlaşaraq onlara təzyiq göstərdiyi və fiziki zor tətbiq etdiyi iddia olunur.
Hadisədən dərhal sonra müştərilərin 102 xidmətinə müraciət etdiyi bildirilir.
Bunun ardınca Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının hadisə yerinə gəldiyi və məsələ ilə bağlı araşdırmaya başlanıldığı qeyd olunur.
Daha ciddi iddia: kamera görüntüləri silinib?
Hadisə ilə bağlı əldə etdiyimiz digər məlumat isə daha ciddi suallar doğurur.
Belə ki, iddialara görə, restoranın müşahidə kameralarına düşən görüntülərin müəyyən hissəsi səlahiyyətli şəxslər tərəfindən silinib.
Əgər bu məlumat təsdiqini taparsa, hadisənin obyektiv araşdırılması baxımından kifayət qədər ciddi məsələ ortaya çıxır. Çünki restoranın daxilində baş verən mübahisənin və fiziki qarşıdurmanın kamera görüntüləri istintaq və araşdırma üçün mühüm sübut hesab oluna bilər.
Bu səbəbdən aidiyyəti qurumların restoranın kamera sistemindəki görüntülərin olub-olmamasını, onların hansı tarixdə və hansı səbəbdən silindiyini də araşdırması vacibdir.
Müştəriyə münasibət belə olmalıdır?
Burada əsas sual yalnız mübahisənin necə başlaması deyil.
Müştəri ilə restoran əməkdaşı arasında anlaşılmazlıq yarana bilər. Depozit, masa və rezervasiya məsələsində fikir ayrılığı da mümkündür. Lakin belə bir vəziyyətdə restoran əməkdaşının vəzifəsi müştəri ilə qarşıdurmaya girmək deyil, problemi administrator vasitəsilə həll etməkdir.
Əgər müştərilərin fiziki zorakılığa məruz qalması ilə bağlı iddialar təsdiqlənərsə, bu artıq sadə "müştəri narazılığı" deyil.
Restorana gələn və xidmət üçün pul ödəyən müştərinin təhqir olunması, təzyiqə məruz qalması və xüsusilə fiziki zorakılıq iddiası ciddi şəkildə araşdırılmalıdır.
Bəs restoran rəhbərliyi nə düşünür?
Müştərilərə qarşı bu cür davranışda ittiham olunan əməkdaşla bağlı niyə dərhal tədbir görülmür?
Əgər hadisə həqiqətən baş veribsə, restoran rəhbərliyi ictimaiyyətə aydın və konkret açıqlama verməlidir.
Əgər iddialar həqiqəti əks etdirmirsə, bu halda restoran rəhbərliyi öz mövqeyini açıqlamalı və məsələyə aydınlıq gətirməlidir.
İctimaiyyətin qarşısında susmaq isə sualları daha da artırır.
Serhed.Az olaraq hesab edirik ki, hadisə ilə bağlı araşdırma obyektiv və hərtərəfli aparılmalı, varsa kamera görüntüləri incələnməli, hadisənin bütün iştirakçılarının mövqeyi dinlənilməli və nəticəyə hüquqi qiymət verilməlidir.
Qeyd edək ki, məsələ ilə bağlı araşdırmanın nəticəsi və "Confetti Baku" restoranının mövqeyi məlum olduqca xəbər yenilənəcək.
Serhed.Az qarşı tərəfin mövqeyini dinləməyə hazırdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Anamla atam ailə qurmağımı istəyir"
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
"WhatsApp"da hamının xoşuna gələcək iki YENİLİK - ARTIQ BELƏ OLACAQ...