Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortaya çıxır. Bu məsələ bir daha vətəndaşların toyda qidalanma məsələsinə həssas yanaşmalı olduğunu göstərir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu prosesi necə tənzimləyir? Əvvəldən restoranlara baxış keçirilmir?
Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə halların əsas səbəbi ölkədə istehlakçı hüquqlarının bərbad vəziyyətdə olmasıdır deyib.
"Biznes qurumları üçün toxunulmaz şərait yaradılıb: yoxlamalar, araşdırmalar, baxış olmaz. Belə bir şəraitdə biznes qurumları vəziyyətdən tam sui-istifadə edirlər. Qlobal səbəb isə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 1991-ci ildə qəbul olunması və o vaxtdan bəri dəyişməz qalması, dövlətin istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır. Bu problem əmtəə bazarının bütün sahələrində özünü göstərir".
E.Hüseynov bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin gecə-gündüz biznes qurumlarının yanında dayanaraq insanlara necə yemək verildiyini izləməsi mümkün deyil:
"Sadəcə olaraq, qanunların imkan verdiyi çərçivədə baxışlar keçirirlər, müəyyən sənədlər verirlər. Bundan sonra biznes qurumları, o cümlədən restoranlar və şadlıq evləri öz işlərini görürlər. İctimai nəzarət güclənməli və geniş yayılmalıdır ki, belə halların qarşısı nisbətən alınsın. Burada, necə deyərlər, Qida Təhlükəsizliyi Agentliyini də qismən günahkar hesab etmək olar. Görünür, Agentlik bütün mallara və yemək çeşidlərinə lazımi səviyyədə nəzarət edə bilməyib. Bu cür hallar həyatımızın bütün sahələrində, o cümlədən restoran biznesində mövcuddur. Belə halların baş verməməsi üçün istehlakçıları fəal olmağa çağırıram. İstehlakçılar toy sahibinin xətrinə dəyməsin deyə susmaq əvəzinə, elə toy zalından 1003 qaynar xəttinə məlumat versinlər ki, burada belə hadisələr baş verir. Nə qədər ki, ictimai nəzarət yoxdur, bu cür hallar davam edəcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 106 Tarix: 25 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabrBu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
25 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrAzərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 382,445 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Hesabat dövründə Azərbaycan həmçinin 2,081 milyon ABŞ dollar
24 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabrAvtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs
25 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrYeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
25 oktyabr