Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - VideoBakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.

Oxu.Az hadisənin iştirakçısı olan və hazırda polis tərəfindən saxlanılan şəxslərdən bəzilərinin fotolarını təqdim edir:

Fotoda Əhməd Əlizadə
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - VideoFotoda Əhmədin dostu Kamran

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - VideoFotoda Əhmədin dostu Həsən

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - VideoDeputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video12:43

Bakıda kütləvi davanın baş verdiyi ərazi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, General Şıxlınki küçəsi, 36 ünvanındakı "Ab Hava" restoranın ikinci mərtəbəsindəki kabinetdə qeydə alınıb.

Hadisədən əvvəl 5 nəfər kabinetdə oturub çay içib, qəlyan çəkirmiş. Bir müddətdən sonra kabinetə daha 4 nəfər daxil olub və mübahisə başlayıb. Mübahisə nəticəsində kabinetdə bir nəfər bıçaqlanıb. Daha sonra dava restoranın foyesində davam edib.

Məlumata görə, qətlə yetirilən Ceyhun adlı şəxs bir nəfəri bıçaqlayandan sonra foyeyə qaçıb.

Bu vaxt digər şəxslər onun arxasınca gəlib və foyedə yaxalayıblar. Ceyhun hadisə yerində qətlə yetirilib.
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - VideoDeputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - VideoDeputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video12:30

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun qətl törətdiyi hadisə ilə bağlı yeni detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, tərəflər əvvəlcə kafedəki kabinetlərindən birində mübahisə ediblər.

Daha sonra mübahisə kafenin zalında davam edib və qətl hadisəsi törədilib.

11:59

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur.

A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhməd isə kriminala meyilli şəxsdir.

Əhməd Əlizadə hadisədən sonra polisə könüllü təslim olub. Kriminal aləmdə "Yeraz Əhməd" kimi tanınır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Fotoda deputat Arzuxan Əlizadə

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - VideoFotoda hakim Orxan Əlizadə

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video10:33

Bakıda ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, davaya səbəb biznes münasibətlərində yaranmış mübahisə olub. Dəhşətli cinayətdə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Hadisədən sonra onun könüllü qaydada polisə təslim olduğu deyilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olan Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində reabilitasiya mərkəzi işlədirlərmiş.

Hazırda davanın digər iştirakçılarının saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, baş verən kütləvi davada bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.

09:11

Xətai rayonu, Əhmədli qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən mübahisə ilə bağlı polis hərəkətə keçib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, əməli törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən müvafiq tədbirlər görülür.

09:04

Bakıda kafelərdən birində kütləvi davada ölən şəxsin kimliyi bəlli olub.

Oxu.Az qətlə yetirilən Ceyhun adlı şəxsin fotosunu əldə edib. O, "Ceyhun Sabunçu" kimi tanınır.
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - VideoXatırladaq ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Oktyabrın 23-də gecə tərəflər arasındakı bıçaqlı davada bir nəfər həyatını itirib, bir neçə nəfərin yaralandığı bildirilir.

01:28

Bakıda kafelərdən birində kütləvi dava baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.

Tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra tərəflər bir-birilərinə bıçaqla hücum ediblər.

Yekunda bir nəfər həyatını itirib.

Hadisənin görüntülərini təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 811   Tarix: 24 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr