Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA

Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda evlərin istilik sistemində dəyişikliklər nəzərdə tutulur. 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında qazla işləyən avadanlıqlardan elektrik istilik nasoslarına keçidin təmin edilməsi hədəflənir. Bu plan evində qazla işləyən kombi quraşdıran ailələrdə gələcəkdə istilik sistemini dəyişmək məcburiyyətində qalıb-qalmayacaqları ilə bağlı suallar yaradır.

Bəs yeni strategiya indiyədək kombi quraşdıran ev sahibləri üçün nə deməkdir? Vətəndaşlar mövcud cihazlarını sökdürməli olacaqlarmı? Elektrik istilik nasoslarına keçid ailələrin kommunal xərclərinə necə təsir edəcək və bu dəyişiklik hansı mərhələlərlə həyata keçiriləcək?
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, hələlik kombinizi söküb atmaq barədə məcburi qərar yoxdur. Mövzu iki ayrı sənəd ətrafında qarışdırılır. Birinci, uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası bu günlərdə gündəmdədir. Sənəddə 2035-ci ilədək mövcud yaşayış və kommersiya binalarında elektrik istilik nasoslarına keçid hədəfi müəyyənləşib. Bu, hədəf və istiqamətdir, bu gün sökülmə tələbi deyil. Deputat Vüqar Rəhimzadə də qazla işləyən kombilərdən istifadənin gələcəkdə mərhələli şəkildə dəyişə biləcəyini bildirib. Burada söhbət qazdan birbaşa elektrik sobasına keçiddən yox, istilik nasoslarından gedir. Onlar ayrıca texnologiyadır və elektrik enerjisini istiliyə daha səmərəli çevirir. Mərhələlər, təşviqlər və son qaydalar hələ açıqlanmayıb.

İkinci, Nazirlər Kabinetinin binalar üçün qərarı var. Yeni qaydalara görə, binalar layihələndirilərkən fərdi istilik sisteminə yalnız 5 mərtəbəyə qədər olan binalarda icazə veriləcək. Qərarda açıq göstərilir ki, yeni tikililər bu normativlərə uyğun layihələndirilməlidir, mövcud binalarda isə fərdi istilik sistemləri istifadədə qalacaq. Yəni bu qərar əsasən yeni tikiləcək çoxmənzilli binalara aiddir.

Bir məqam var, Energetika Nazirliyinin rəsmisi AzTV-də Bakıda mövcud çoxmərtəbəli binaların da gələcəkdə mərkəzi istilik sisteminə qoşulmalı olacağını deyib. Bu, mövcud çoxmənzilli binalar üçün də dəyişiklik ehtimalını göstərir, amma konkret tarix və qaydalar bəlli deyil.

Yəni fərdi evdə yaşayırsınızsa, hazırkı məlumatlara görə sizə birbaşa təsir edən məcburi qərar yoxdur. Mövcud coxmərtəbəlu binada yaşayırsınızsa, kombiniz hələlik işləyə bilər. Gələcəkdə mərkəzləşdirilmiş istiliyə qoşulma və ya istilik nasosuna keçid təşviq oluna bilər. Yeni mənzil alırsınızsa, binanın mərtəbə sayına və istilik sisteminə mütləq baxın.

Qaydalar hələ dəqiqləşməyib, ona görə yeni təhlükəli bir addım atmazdan əvvəl (məsələn, kombini dəyişmək) Energetika Nazirliyinin və "Azəriqaz"ın rəsmi açıqlamalarını gözləmək məsləhətdir. Digər tərəfdən, mərkəzləşdirilmiş istilik sistemi praktiki olaraq daha qənaətli istilik sistemidir.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 820   Tarix: 23 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirlər

22 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları

Bakıda yerləşən gözəllik salonundan müxtəlif kosmetik və saç baxımı avadanlıqları, eləcə də idman ayaqqabısı oğurlayan şəxs məhkəmə qarşısına çıxarılıb. Qaynarinfo xəbər verir ki, iş materiallarına görə, hadisə 2026-cı ildə, gecə saat 02:00 radələrində Bakı şəhərinin Nizami rayonunda, Tofiq Abbasov küçəsind

22 oktyabr
.

Sabah Bakıya yağış yağacaq

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşə

22 oktyabr
.

Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi

Bakının Avtovağzal ərazisində hər səhər 13 nömrəli marşrut avtobusunu gözləyən sərnişinlər uzun müddət dayanacaqda qalmalı olurlar. Sərnişinlərin sözlərinə görə, avtobusun gəlməsini 40-50 dəqiqə gözlədikləri hallar olur. Səhər saatlarında işə və təhsil müəssisələrinə tələsən insanlar üçün bu qədər gözləmə

21 oktyabr