Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin necə hesablanması və fərqli kateqoriyalara aid şəxslər üçün hansı qaydaların nəzərdə tutulması mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklərin həm pensiyaçıların sosial rifahına, həm də pensiya sisteminin maliyyə dayanıqlılığına təsiri də diqqət mərkəzindədir.
Bəs, pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarındakı dəyişikliklər kimlərin pensiya məbləğinin artmasına və ya azalmasına səbəb ola bilər? Yeni mexanizm pensiyaçıların sosial rifahına və pensiya sisteminin maliyyə dayanıqlılığına necə təsir göstərəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, yeni qaydalar pensiyaçıların təxminən 90 faizinə təsir etməyəcək və onlar pensiyalarını əvvəlki qaydada indeksləşdirilmiş şəkildə alacaqlar.
"1180 manatadək pensiya alanlar üçün hər hansı dəyişiklik nəzərdə tutulmur. Bu məbləğdən yuxarı pensiya alanlar isə pensiyaçıların təxminən 10 faizini təşkil edir və onların pensiyalarının indeksləşdirilməsi daha aşağı olacaq. Belə ki, 1180 manatadək olan hissə əvvəlki qaydada indeksləşdiriləcək, bu məbləğdən yuxarı hissəyə isə 0,2 və 0,5 əmsalları tətbiq ediləcək. Ümumilikdə, bu dəyişikliklərin pensiyaların indeksləşdirilməsinə təsiri pensiyaçıların böyük əksəriyyəti üçün hiss olunmayacaq. Eyni zamanda, 1180 manatadək pensiya alanların pensiyalarında təxminən 8-10 faiz artım gözlənilir. Bu da onların gəlirlərinin və əldə etdikləri vəsaitin artmasına səbəb olacaq".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Azərbaycanda yağ kəskin bahalaşdı
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar
Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı