Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə külli miqdarda dələduzluqda təqsirləndirilən Rüfət Qasımzadə və Məmməd Məmmədzadə saxlanılıblar.
Nəsimi Rayon Polis İdarəsində hər iki şəxs barədə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, iş Nəsimi Rayon Prokurorluğuna verilib.
Faktla bağlı hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə istintaq orqanının təqdimatı təmin edilib və hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, iş üzrə 4 zərərçəkmiş tanınıb. İttihama görə, təqsirləndirilən şəxslər Ə.Allahverdiyevin 317 min manatını, E.Mahmudbəylinin 66 500 ABŞ dollarını (113 050 manat), E.Seyidovun 143 min ABŞ dollarını (243 min 100 manat), M.Cəfərovun isə 50 600 ABŞ dollarını (86 020 manat) dələduzluqla ələ keçirməkdə ittiham olunurlar. Təqsirləndirilən şəxslər qızıl alveri adı ilə zərərçəkmişlərin etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini mənimsəməkdə ittiham olunurlar. Onlar ümumilikdə 759 min 170 manat dələduzluqda təqdirləndirilirlər.
Məlumata görə, təqsirləndirilən Rüfət Qasımzadə Xalq artisti, məhrum aktyor Ramiz Əzizbəylinin kürəkəni, eyni zamanda bacısının oğludur.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1574 Tarix: 21 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı - Video
Bu gün Binə qəsəbəsi "Südçülük Sovxozu"nda yerləşən 136 saylı məktəbə hücum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məktəb binasının içərisinə pəncərədən daş atılıb, nəticədə, iki şagird yaralanıb. Əməli törədən şəxslər saxlanılıb
13 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr